Xristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz ediblər

Xristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz ediblərXristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz ediblər
Azərbaycanda fəaliyyət göstərən xristian dini icmalarının rəhbərləri ABŞ Konqresinin üzvü Ceki Speyer (Jackie Speier) tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1 oktyabr 2020-ci ildə ABŞ Konqresinə təqdim olunmuş reallıqdan uzaq və yanlış səciyyəli 1165 saylı qətnamə layihəsinə qəti etiraz edərək, bununla bağlı ABŞ-ın ona yaxın dövlət və qeyri-dövlət qurumlarına (ABŞ Dövlət katibinə, ABŞ Senatının prezidentinə, ABŞ Dövlət Departamentinin Xüsusi Tapşırıqlar – Beynəlxalq Dini Azadlıq üzrə səfirinə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, Nümayəndələr Palatasının Demokratlar üzrə rəhbərinə, Palatanın Respublikaçılar üzrə rəhbərinə, Nümayəndələr Palatasının üzvlərinə, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasına və "Xristianların müdafiəsi" təşkilatına - "In Defense of Christians" ) etiraz müraciəti ünvanlayıblar.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd olunub.
Müraciətdə konfessiya rəhbərləri xristian dini mənsublarının ölkəmizdə əsrlərdən bəri öz dini ibadət və tələbatlarını heç bir maneə olmadan həyata keçirdiyini, öz mənəvi dəyər və mədəni ənənələrini yüksək səviyyədə maneəsiz yaşadıqlarını, icmaların və ibadət evlərinin Azərbaycan dövləti tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunduğunu ifadə ediblər.
Müraciətdə əsas diqqət Ermənistanın Azərbaycana qarşı təcavüzünə yönəldilərək, erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etdiyi, bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlının - xristian və digər dinlərin nümayəndələri də daxil olmaqla -  qaçqın və məcburi köçkün taleyi yaşadığı nəzərə çatdırılıb. Qeyd edilib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasının tələb edilməsinə baxmayaraq, Ermənistan 30 ilə yaxındır ki, buna əməl etmir, danışıqları məqsədyönlü şəkildə pozur, dövlətimiz isə sülhpərvər siyasət aparır, danışıqlarda konstruktiv mövqe nümayiş etdirir.
İcma rəhbərləri ermənilərin sentyabrın 27-də başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələrinin – Gəncə, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Füzuli və Beyləqan kimi şəhər və rayonların, eləcə də tarixi-dini abidələrin mütəmadi ağır artilleriya və raket atəşlərinə məruz qaldığına diqqət çəkiblər. Oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə atılmış ballistik raket zərbəsi nəticəsində dördü qadın olmaqla 10 nəfər mülki şəxsin həlak olduğunu, 30-dan çoxunun yaralandığını, onlarla mülki obyekt və yaşayış binasının dağıldığını qeyd ediblər. İşğalçı Ermənistanın bu hərəkətlərini beynəlxalq hüquq normalarına və humanitar prinsiplərə, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarına əməl etməməsinin, regionda sülh və sabitliyə ciddi təhdid olaraq qalmasının bariz nümunəsi kimi qiymətləndiriblər.
Eyni zamanda işğal altında olan ərazilərdə digər dini məbədlərlə yanaşı, xristian abidələrinin də dağıdıldığı və ya erməniləşdirildiyi halda, Azərbaycanda 30 mindən çox erməni millətinin nümayəndəsinin sərbəst yaşadığını, paytaxt Bakının mərkəzində erməni kilsəsinin dövlət tərəfindən qorunduğunu diqqətə çatdırıblar. 
Müraciətin sonunda icma rəhbərləri 1165 saylı qətnamə layihəsinin qəbul edilməyəcəyinə inam ifadə edərək, onunla bağlı rədd qərarının dünyada sülhün və ədalətin bərqərar olması işinə böyük töhfə verəcəyini vurğulayıblar. 
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri - Arxiyepiskop Aleksandr İşein;
Alban-Udi Xristian dini icmasının sədri - Robert Mobili;
Bakı şəhəri "Azərbaycan Bibliya Cəmiyyəti" xristian dini icmasının sədri - Rasim Xəlilov;
"Yeni Həyat" Xristian dini icmasının sədri - Lyudmila İbrahimova;
Xristian Yevangelik Lüteranların Bakı dini icmasının sədri - Vera Nesterova;
Bakı şəhəri "Alov" xristian dini icmasının sədri - İdris Məmmədov;
Bakı şəhəri "Şərqdə Ulduz" Xristian dini icmasının sədri - Roman Jmurov;
Bakı şəhəri Nəsimi rayonu "Həyatverici Lütf" xristian dini icmasının sədri - Elşən Hüseynzadə;
Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin "Aqape" dini icmasının sədri - Samir Sadıqov;
"Vineyard Azərbaycan" xristian dini icmasının sədri - Emil Pənahov;
Bakı şəhəri Nərimanov rayonu "Yeddinci Günün Adventistləri" dini icmasının sədri - Elşən Cabbarov;
"Bakı şəhəri Yeni Apostol" xristian dini icmasının sədri - Svetlana Albertovna Stepanova;
"Həyat Sözü" Xristian dini icmasının sədri - Yusif Fərhadov;
"Həyat Sözü - 2" Sumqayıt xristian dini icmasının sədri - Elçin Paşayev;
Sumqayıt şəhəri, "Molokan ruhani-xristian" dini icmasının sədri - Matryona Ponomaryova;
"Gəncə şəhəri Yeddinci Günün Adventistləri" xristian dini icmasının sədri - Yusif Şərifov;
Qobustan rayonu Hilmilli kəndi "Molokan ruhani-xristian" dini icmasının sədri - Tsapliva Yekaterina Nikolayevna;
Qax rayonu Qaxingiloy kəndi "Müqəddəs Giorgi" kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri - Kasiaşvili İaqo Qriqoryeviç;
Qax rayonu Əlibəyli kəndi "Müqəddəs Nino" kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri - Timuri Barixaşvili;
İsmayıllı rayonu İvanovka kəndi "Molokan-ruhani-xristian" dini icmasının sədri - Sergey Vasilyeviç Kazakov. /oxu.az

Siyasi       Tarix: 20 oktyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


son xeberler azerbaycan xeberleri yeni xeberler hava şou biznes xəbərləri apa.az xeberler ən son xəbər