Xuraman Şuşalı: "Ən asan dağılan şey yuvadır" - FOTOLAR
"Ən çətin sahib olunan şey gözəl və hüzurlu bir yuvadır. Ən asan dağılan şey də yuvadır. Onu fırtınadan, yağmurdan, çirkabdan, palçıqdan qorumaq üçün ona sahib çıxmağı bilmək lazımdır".
Open.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı bildirib. Ailə qurmasının 10 ili tamam olan sənətçi həyat yoldaşı ilə fotolarını yayımlayaraq, bunları əlavə edib:
"Ailəyə düşkünlüyümüz nə qədər çox olarsa, övladımız da bizə o qədər düşkün olar. Ailədən nə qədər çox sevgi alıb, paylaşarıqsa, uşaqlarımız da ətrafa o qədər sevgi yansıdar. Həyatda ən dəyərli şeyin nə pul, nə mal, nə mülkdür. Sahib olduğumuz tək dəyərli şeyin ailə olduğunu bilib, onu itirməmək üçün əlimizdən gələni əsirgəməriksə, gerçək ailəyə sahib ola bilirik.
Dünyanın ən çətin və gözəl hissinin, bu qədər möhtəşəm bir duyğusunun içində yaşayanlar, onu ömrünün sonuna qədər itirməmək üçün çabalayarlar. Allah hər kəsə sağlam, bütöv və gerçək ailə olmağı nəsib etsin, ailəsi olmayanlara da ailə olmaq qismət olsun. Çünki ailə həm də ibadətin yarısıdır, digər yarısı isə çalışmaqdır".
Qeyd edək ki, Elçin adlı rejissorla ailəli olan Xuramanın 4 övladı var.



Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq