Yağan yağışlar kənd təsərrüfatına necə təsir göstərəcək? - Məhsul qıtlığının olub-olmaması ilə bağlı MÜHÜM AÇIQLAMA 

Yağan yağışlar kənd təsərrüfatına necə təsir göstərəcək? - Məhsul qıtlığının olub-olmaması ilə bağlı MÜHÜM AÇIQLAMA "Hazırda davam edən güclü yağışların taxılçılığa heç bir ziyanı yoxdur".
Bunu KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Cəfər İbrahimli deyib. Ekspertin sözlərinə görə, taxıl bitkilərinin əkim mövsümü artıq özünün çiçəklənmə dövrünü başa vurduğu üçün güclü yağıntının mənfi təsirləri müşahidə olunmayacaq:
Yağan yağışlar kənd təsərrüfatına necə təsir göstərəcək? - Məhsul qıtlığının olub-olmaması ilə bağlı MÜHÜM AÇIQLAMA "Ötən bir həftəni nəzərə almasaq, son 5 il kənd təsərrüfatı üçün ən uğurlu dövr olub. Əsas məsələ əhali tərəfindən payız əkinlərindən daha çox arpa, buğda əkiminə üstünlüyün verilməsidir. Hal-hazırda isə yağan yağışların buğda, arpa əkinləri üçün elə də mənfi təsiri yoxdur. Güclü yağıntı taxıl bitkilərinə əsasən çiçəklənmə dönəmində mənfi təsir göstərir. Ölkə üzrə götürsək, böyük ərazilərdə çiçək mövsümü olmadığından taxılçılığa problem mövcud deyil. Əksinə, bu cür yağışların hazırkı dövrdə taxılçılıq üçün müsbət tərəfi var".
Cəfər İbrahimli yazlıq əkin dövrü üçün hazırda davam edən yağışların müsbət tərəflərini da qeyd edib. O bildirib ki, bunu bağçılıq təsərrüfatı üçün demək mümkün deyil:
"Hazırda yazlıq əkin dövrü başlayır. Yazlıq əkinlər üçün belə yağıntıların olması müsbət haldır. Çünki yağış vasitəsilə suvarma işinin yaxşılaşdırılması baş verir və nəticədə daha yaxşı məhsulun əldə olunmasına şərait yaranır. Sadəcə, analoji hava şəraitinin bağçılıq təsərrüfatı üçün mənfi təsirlərini də deməliyik. Aran rayonlarındakı çiçəklənmə dövründə olan fərdi təsərrüfatlar, meyvə bağları üçün mənfi fəsadları ola bilər. Çünki küləkli hava şəraiti çiçəyin tökülməsinə səbəb olur. Tozlanma zamanı yağışın həddindən artıq olması prosesə mənfi təsir edir ki, bu da öz növbəsində məhsuldarlığı aşağı salır".
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 16 aprel 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler son xabar metbuat xeberleri xəbərlər