Yango' və 'Uber' şirkətləri qeydiyyatdan keçdi
"Yango" və "Uber" şirkətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində rəsmi qeydiyyatdan keçmiş ilk taksi xidmətləri sırasına daxil olub.
Artıq bu şirkətlər 1 oktyabr 2023-cü ildə qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən fəaliyyət göstərmək üçün tələb olunan lisenziyalara və icazələrə malikdir.
Xatırladaq ki, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun 13.1.4-cü bəndinə uyğun olaraq Azərbaycanda fəaliyyət göstərən bütün taksi sifarişi operatorları müvafiq lisenziyalar almalı və xidmətlərini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qeydiyyatdan keçirməlidir.
Müvafiq rəsmiləşdirmə tələblərinə cavab vermədən taksi sifarişi xidmətinin göstərilməsi qadağandır.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi artıq 4 şirkətin müvafiq sənədləri elektron sistem üzərindən təqdim edərək icazənin alınması üçün agentliyə müraciət etdiyi barədə məlumat yayıb. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"