YAP-ın "axilles dabanı" hansı dairələrdir, müxalifət haradan qalib gələ bilər? - Partiya sədrləri DANIŞDI

YAP-ın Azərbaycanda parlament seçkiləri bütövlükdə mojaritar sistemdə keçirilsə də seçki yarışı həm də siyasi partiyaların gücünü müəyyənləşdirir. Bu baxımdan, hakim Yeni Azərbaycan Partiyasının rəqiblərindən əhəmiyyətli şəkildə güclü olduğu danılmaz faktdır. Siyasi təhlilçilər hesab edir ki, parlamentin əhəmiyyətli çoxluğunu məhz YAP götürəcək, digər partiyalar isə yerdə qalan cüzi deputat mandatı uğrunda mübarizə aparacaqlar.
Maraqlıdır, bəs digər partiyalar YAP-ın hansı dairələrdə zəif olduğunu və özlərinin qalib gələcəyini düşünür?
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa KONKRET.az-a açıqlamasında YAP-ın bütün dairələrdə güclü olduğunu etiraf edib:
YAP-ın "Namizədlər arasında fərq ola bilər. Amma YAP təşkilat olaraq bütün dairələrdə güclüdür və resursları hesabına istənilən namizədinin qalib gəlməsini təmin edə bilər. Çünki, hakim partiyanın gücü, resursları bütün partiyalardan yüksəkdir. O baxımdan da bunu fərqləndirmək mümkün deyil. Məsələn, Qarabağ İqtisadi zonasında YAP-ın güclü imkanları var. Amma bizim ümumiyyətlə bu bölgədə gücümü yoxdur. Digər parametrlərə görə də YAP-ın güclü olduğunu görürük. Ona görə də bu seçkilərdə partiya rəhbəri kimi ancaq özümün uğur qazana biləcəyimizi proqnozlaşdırıram".
Ağ Partiyanın başqanı Tural Abbaslı da hesab edir ki, "YAP filan dairədə zəifdir" demək doğru olmaz:
YAP-ın "YAP-ın kifayət qədər resursları var. Buna görə də hətta hansısa dairədən o qədər də tanınmayan YAP üzvü də yetərli səs yığa bilər. Bəli, bu gün YAP-ın namizədləri sırasında xeyli sayda yeni adlar var və onlar cəmiyyətdə o qədər də tanınmırlar. Ola bilsin ki, YAP müəyyən dairələrdə bitərəfləri, ya da digər kateqoriyadan olan namizədləri dəstəkləsin. Çünki bəzi dairələrdə YAP-ın namizədləri nisbətən zəifdir. Amma yenə deyirəm, bu, nisbi anlayışdır. Elə ona görə də bizim partiya YAP-ın namizədlərini elan etməsini gözləmədən öz siyahısını açıqladı. Biz mübarizəmizi sona qədər aparacağıq".
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə YAP namizədlərinin digər partiyalar tərəfindən dəyərləndirilməsinin əleyhinədir:
YAP-ın "YAP-ın siyahısını seçkidə iştirak etmək istəyən hər kəs gözləyirdi. Bu, ən azından hansı dairədən kimin namizəd olacağı ilə bağlı qərarların verilməsi üçün vacib idi. Bununla belə, YAP-ın siyahısı ilə bağlı bir siyasi partiya olaraq fikir bildirməyimiz, qiymətləndirmə aparmağımız etik cəhətdən düzgün deyil. Yəqin, hakim partiya 125 dairədən irəli sürdüyü hər bir namizədi şanslı və layiqli bildiyi üçün bu addımı atıb. Təbii ki, siyahıda ölkə ictimaiyyəti tərəfindən tanınan və tanınmayan şəxslər var. O cümlədən bizim də tanımadığımız namizədlər var. Amma bütün hallarda başqa bir partiyanın namizədlərini qiymətləndirmək bizim tərəfimizdən doğru olmazdı. AMİP 14 nəfərin namizədliyini irəli sürüb. Ola bilsin ki, onlardan kimsə cəmiyyətdə yaxşı tanınmır. Amma seçim partiyanındır. Ona görə də hər kəsin seçiminə hörmət edilməlidir".
REAL Partiyasının sədr müavini Natiq Cəfərli isə namizədin az və ya çox tanınmasının hər şeyi həll etmədiyini düşünür:
YAP-ın "Bu dəfə YAP-ın namizədləri arasında tanınmayanlar da var. Amma bu heç nə ifadə etmir. Hansısa namizəd şəxs olaraq tanınmaya bilər. Lakin unutmayaq ki, onun arxasında YAP kimi kütləvi və maddi resursları bol olan bir təşkilat var. Ona görə də bu partiyanın istənilən tanınmayan namizədi çox uğurlu piar kampaniyası apara bilər. Çünki buna hər cür imkan var. YAP hər il rəsmi olaraq 30 milyon manata yaxın vəsait toplayır. Ona görə də digərləri ilə müqayisədə bu partiyanın imkanları daha genişdir. İmkansa güclü piarın əsasıdır. Bununla belə, ilk dəfə YAP-ın siyahısında tanınmayan şəxslərin adına şahidlik etdik".
Natiq Səlim
KONKRET.az

Siyasi       Tarix: 19 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını "masaya qoymalıdır". xəbər verir ki, "CBS News"a müsahib

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun axsam az xeberler xeber.az 2026 cəbhədən son məlumatlar