Yaponiya Azərbaycana 2 milyon dollarlıq yardım ayırıb - FOTO
Yaponiya Azərbaycana 2 milyon dollarlıq yardım ayırıb - FOTO
Yaponiya Azərbaycana 2 milyon ABŞ dollarına yaxın qrant yardım ayırıb.
Oxu.Az-ın İcbari Tibbi Sığorta Agentliyindən əldə etdiyi məlumata əsasən, Yaponiya hökuməti Azərbaycana tibb müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün texniki yardım ayırıb.
Yardımın ayrılmasında əsas məqsəd tibb müəssisələrini tibbi avadanlıqlarla təmin etmək və COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq, eləcə də, səhiyyə sisteminə lazımi dəstək göstərməkdən ibarətdir.
"Yaponiya Hökumətinin İqtisadi və Sosial İnkişaf Proqramı" çərçivəsində Yaponiya hökuməti tərəfindən ayrılan qrant barədə Notalar Mübadiləsi sənədlərinin imzalanması mərasimi keçirilib.
Sənədləri Yaponiya tərəfindən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, Azərbaycan tərəfindən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev imzalayıb.
Səfir Vada Cüniçi bildirib ki, bu yardım vasitəsilə Azərbaycana kompüter tomoqrafiyası, portativ rentgen, portativ ultrasəs müayinəsi üçün tibbi avadanlıqların verilməsi nəzərdə tutulur.



Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR