Yaponiya Baş naziri Rusiyaya xəbərdarlıq etdi
"Yaponiya Ukrayna hökuməti və xalqı ilə həmrəydir. Rusiyanın Ukraynaya təcavüzü qəbuledilməz hərəkətdir və bu akt beynəlxalq hüququn əsaslarını yalnız Avropada deyil, həm də Asiyada silkələyib".
KONKRET.azxəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida Krım Platformasının ikinci sammitində çıxışı zamanı deyib.
"Yaponiya Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyib. Biz status-kvonun dəyişdirilməsi üçün birtərəfli cəhdlərə qarşıyıq. Hiroşimadan gələn bir Baş nazir kimi mən heç vaxt nüvə silahlarından istifadə ilə bağlı təhdidə və ya onun istifadəsinə tolerantlıq göstərməyəcəyəm", o vurğulayıb.
Baş nazir Kişida deyib ki, Yaponiya Ukraynaya humanitar və maliyyə dəstəyi verib, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib.
O xatırladıb ki, gələn il G7-ə sədrlik Yaponiyaya keçir və onun ölkəsi Ukraynaya sülhün gəlməsi və ölkənin müharibədən sonra bərpası üçün addımlar atacaq.//APA
Xidmetler [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?