Yaponiya diplomatının saxlanmasına görə Rusiyaya ETİRAZ ETDİ
Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və diplomat Motoki Tatsunorinin saxlanması ilə bağlı ona etiraz edilib.
KONKRET.az "İnterfax"a istinadən xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Rusiya tərəfinin hərəkətlərini qəbuledilməz adlandırıb.
Onun sözlərinə görə, Tatsunori heç bir qanunsuz hərəkətə yol verməyib.
Qeyd edək ki, Rusiya tərəfinin iddiasına görə, Tatsunori iki gün əvvəl məxfi məlumat alarkən saxlanılıb. Bu məlumatın nədən ibarət olması barədə konkret informasiya yoxdur. Lakin Rusiyanın Federal Təhlükəsizlik Xidməti bildirib ki, söhbət ölkənin Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığından gedir.
"Rusiya Federasiyasının Primorsk diyarında Federal Təhlükəsizlik Xidməti Yaponiyanın Vladivostokdakı konsulu Motoki Tatsunorinin casusluq fəaliyyətini dayandırıb. Diplomatik kanallar vasitəsilə Yaponiya tərəfinə etiraz edilib. Tatsunori diplomat statusu ilə bir araya sığmayan fəaliyyəti ilə əlaqədar "persona non-qrata" elan edilib", – bazar ertəsi FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib.
Məlumata görə, Tatsunori artıq sərbəst buraxılıb və sentyabrın 28-dək Rusiyanı tərk edəcək.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü