Yaponiyada təyyarələr yenidən toqquşdu
Yaponiyada sərnişin təyyarələri Osaka hava limanında toqquşub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın All Nippon Airways (ANA) aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi Osaka hava limanının uçuş-enmə zolağında toqquşub.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, qəza yerli vaxtla saat 10.10-da İtami hava limanında baş verib. Daxili terminalın uçuş-enmə zolağında baş verən qəzada ekipaj üzvləri və sərnişinlərdən heç kim xəsarət almayıb. Təyyarələrə cüzi ziyan dəyib.
Osaka ilə Hyoqo əyaləti arasında yerləşən Itami hava limanı köhnə paytaxt Kiotoya ən yaxın hava limanı kimi tanınır.
Qeyd edək ki, yanvarın 2-də göyərtəsində 300-dən çox sərnişinin olduğu sərnişin təyyarəsi Tokionun Haneda hava limanına eniş zamanı uçuş-enmə zolağında olan Sahil Mühafizəsinin təyyarəsinə çırpılıb və yanıb. Yanan təyyarədəki sərnişinlər son anda təxliyə edilərək xilas edilib. Lakin parçalanan kiçik təyyarədə olan 5 nəfər həyatını itirib.
Yaponiyanın Hokkaydo şəhərində də uçuş-enmə zolağında iki təyyarə toqquşmuşdu.
Vəli Həsənov,
KONKRET.az

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb