Yaponiyalı idmançılar Şahdağda xizək və snoubord üzrə master-klas keçiblər - FOTO
Yaponiyalı idmançılar Şahdağda xizək və snoubord üzrə master-klas keçiblər - FOTO
"Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı eləcə də Qış İdman Növləri Federasiyasının və Yaponiyanın Azərbayandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə olaraq xizək fristaylının "mogul" növü üzrə master-klass keçirilib.
Federasiyadan verilən məlumata görə, təlimin keçirilməsinin məqsədi ölkədə qış idman növlərini təşviq etmək, xizək fristaylının bu növünü tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.
Təlimlərdə Yaponiyadan olan olimpiyaçılar və mütəxəssislər xizəksevərlərə, həmçinin yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini və qaydalarını nümayiş etdiriblər.
Tədbirdə qonaq qismində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada da iştirak edib.
Qeyd edək ki, xizək fristaylının "mogul" növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına daxil edilib. Olimpiadada ekstremal idman sayılan fristaylın bu növündən başqa, akrobatika, "ski-cross", "half pipe", "slopestyle" və "big air" kimi növləri də mövcuddur.










/ oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu