Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama

Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlamaSosial şəbəkədə yayılan görüntülərdə Yardımlıda yaşayan vətəndaşlar təcili tibbi yardımdan şikayət edib.
azxeber.com xəbər verir ki, yayılan görüntülərdə vətəndaş təcili yardım çağırmasına baxmayaraq çağırışa gələn maşının olmadığını bildirir.
Təcili tibbi yardım mərkəzinə gələn vətəndaş tibb işçilərinin iş yerində olduğunu, ancaq çağırışa gəlməyib xəstəni ora gətirməyini istədiyini bildirir.
TƏBİB-dən baş verən hadisə ilə bağlı azxeber.com- a verilən açıqlamaya görə, təcili tibbi yardım stansiyaları, bölmələri və filiallarının həyətində ambulansların park vəziyyətində olması onların xidmətə cəlb olunmasının mümkünlüyü anlamına gəlmir:
"Təcili tibbi yardım xidməti - xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibb avadanlıqlarla təchiz olunmuş, əhaliyə xəstəxanayaqədər mərhələdə (hadisə yerində və təxliyə zamanı), tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir. Təcili tibbi yardım stansiyaları, bölmələri və filiallarının həyətində ambulansların park vəziyyətində olması onların xidmətə cəlb olunmasının mümkünlüyü anlamına gəlmir. Çünki ambulanslar texniki vasitələrdir, onların çağırışa yollanması üçün yüksəkixtisaslı həkim, tibb bacısı və ilkin təcili yardım təlimi almış sürücüdən ibarət təcili tibbi yardım briqadası formalaşmalıdır. Yəni təcili tibbi yardıma müraciət daxil olduqda çağırış ünvanına yollanacaq ambulans tibbi və texniki baxımdan komplektləşdirilməlidir. Digər bir halda xidmətdən kənar ambulanslar təcili tibbi yardım stansiyaları, bölmələri və filiallarının həyətində park olunur".
TƏBİB-dən verilən açıqlamada həmçinin bildirilib ki, çağırış daxil olan zaman ad və soyad təqdim olunmayıb:
"07.03.2025-ci il tarixində saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yardımlı rayonu ərazisindən çağırış səbəbi, ünvan, ad və soyad təqdim olunmadan zəng daxil olub. 
Zəngin qeydə alındığı vaxt həmin ərazi üzrə çağırış sayı çox olub və bütün briqadalar çağırışların icrasında olub. Saat 15:30 radələrində daxil olan zəngdən təxminən 10 dəqiqə sonra videonu qeydə alan şəxs Yardımlı rayonu üzrə təcili tibbi yardım stansiyasına gəlib. Saat 15:40 radələrində isə digər çağırışdan azad olan və stansiyaya həmin şəxslə eyni anda daxil olan briqada vətəndaşa çağırış ünvanına gedə biləcəklərini bildirib. Buna baxmayaraq, vətəndaş qəbul etməyib və çağırışın imtinası qeydə alınıb. 
Həmin şəxsin saat 16:48-də arterial təzyiqin qalxması səbəbilə valideyni üçün (anası) yenidən müraciəti qəbul edilib. 
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və yerində tibbi xidmət göstərilib".
Günel Hüseynli

Sosial       Tarix: 17 mart 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az en son xəbərlər bugün hava durumu beynelxalq bank mezenne