"YAŞAT" Fondu üç qazi ilə bağlı açıqlama yayıb

"YAŞAT" Fondu üç qazi ilə bağlı açıqlama yayıb"Son günlər sosial şəbəkələrdə qazilərimiz Cahangir Əliyev, Hüseyn Mustafayev, Səbuhi Hüseynli ilə bağlı çoxsaylı paylaşımlar edilir. Bildiririk ki, hər üç qazimiz "YAŞAT" Fondunun diqqət mərkəzindədir. Hər birinin səhhətinə xüsusi həssaslıqla yanaşılır".
Bu barədə Fonddan Open.az-a verilən məlumatda bildirilir. Qeyd olunur ki, Cahangir Əliyevin ailəsi "YAŞAT" Fonduna qazinin müalicəsinin getdiyini, tibbi zərurətlə bağlı yox, maddi yardım istədiyini bildirib və Fond tərəfindən seçilən istiqamət üzrə ailəyə maddi yardım edilib.
"Buna baxmayaraq qazimiz "YAŞAT" Fondunun təşəbbüsü ilə Türkiyədən və İsraildən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub. Müayinə nəticələri əsasında müvafiq qərar qəbul ediləcək. Hazırda isə qazimizin Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi davam etdirilir.
Qazimiz Hüseyn Mustafayev Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən xaricə təyyarə ilə aparılması həyatı risk daşıyır. Ancaq ailəsi onun Türkiyədə müalicə olunmasında israr etdiyi üçün ailənin məsuliyyəti və yazılı razılığı əsasında qazimizin yaxın günlərdə müalicə və reabilitasiya prosesi ilə bağlı xüsusi ambulans vasitəsilə Türkiyəyə göndərilməsi nəzərdə tutulub.
Qazimiz Səbuhi Hüseynli Türkiyədən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub və həkim rəyinə əsasən hələ də komada olduğundan müalicə üçün xaricə göndərilməsi çox riskli hesab olunur. Bu səbəbdən qazimizin beyin əməliyyatı üçün "YAŞAT" Fondu tərəfindən Türkiyədən xüsusi həkim gətiriləcək", - deyə məlumatda vurğulanır.

Hadisə       Tarix: 02 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanlıların olduğu avtobus Rusiyada qəzaya düşdü - ölənlər və yaralananlar var 

Bakıdan Gürcüstana qatarla gedən, daha sonra avtobusla Moskva istiqamətində yola davam edən azərbaycanlılar Rusiyanın Stavropol diyarında ağır qəzaya düşüblər. Bu barədə Stavropol diyarı üzrə Azərbaycan icmasının rəhbər

Tehranın yaxınlığında zəlzələ oldu

Tehranın şərqində yerləşən Pərdis şəhərində 3,8 maqnitudalı zəlzələ baş verib. xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 8 kilometr dərinlikd

Qubada ağır qəza: ölən və yaralananlar var 

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 6-da saat 00:20 radələrində Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. KONKRET.azbildirir ki, 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanov

Avtomobil körpüdən aşdı - Xəsarət alanlar var

Gədəbəy rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində, körpüdə qeydə alınıb. Hərəkətdə olan "Mercedes"

Azərbaycanla sərhəddə partlayış… – Xəbərdarlıq edildi

Ermənistan-Azərbaycan sərhədində, Bibiş (1978-ci ildə adı dəyişdirilib, "Berkaber" qoyulub – red.) kəndinin şərqində partlayış işləri aparılacaq. KONKRET.  -a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafi

Ağdamda traktor minaya düşdü

Ağdamda traktor minaya düşüb. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib. Belə ki, traktorçu K-700 markalı traktorla ərazidə yer şumlayan zaman tank əleyhinə minaya düşüb. Partlayı

Nofəl İbrahimov vəfat etdi

Həkim-dermatoloq Nofəl İbrahimov vəfat edib. unikalaz-a istinadən xəbər verir ki, mərhum Şəki Rayon Mərkəzi Xəstəxanasında çalışıb. N.İbrahimov səhiyyə sahəsində uzun illər fəaliyyət göstərib

ƏƏSMN-in əməkdaşı ürəktutmasından vəfat etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirliyin İqtisadiyyat şöbəsinin müdir müavini Ruslan Şahvəli oğlu Əliyev dünyasını dəyişib. Məlumat


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal bugun en sonxeber son xeberler azerbaycan son xeber.az