Yaşıl enerji dəhlizinin yaradılması strateji prioritetdir

Yaşıl enerji dəhlizinin yaradılması strateji prioritetdirPrezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən iclasdakı çıxışında bundan əvvəlki 8-ci iclasdan ötən müddətdə xeyli dəyişikliklərin baş verdiyini vurğulayaraq hazırda enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün daha çox əhəmiyyət kəsb etdiyini bildirib. Dövlətimizin başçısı deyib: "Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında edirik və vaxt itirmədik. Cənub Qaz Dəhlizinin icrasında müəyyən yubanmalar oldu. Lakin bütövlükdə, biz çalışdıq ki, onu mümkün qədər tez başa çatdıraq. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq". 
9-cu toplantının əvvəlki illərdə keçirilən iclaslardan fərqli cəhəti bu dəfə əsas diqqətin Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərinin müzakirəsinə yönəldilməsidir. Belə ki, çıxışlarda vurğulanan başlıca məqamın respublikamızdan hansı ölkələrin əlavə qaz həcmləri almaq istəməsi və bunun üçün daşıma imkanlarının hansı səviyyədə olması ilə bağlıdır.
Ölkə rəhbəri çıxışında Azərbaycanın qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasından sonra fəal şəkildə əlavə imkanların yaradılması haqqında düşündüyünü, bu il yeni yataqlardan da  hasilatın gözlənildiyini,  mövcud "Şahdəniz" yatağında hasilatın artırılmasının birmənalı olaraq gündəlikdə durduğunu, həmçinin daxildə enerji səmərəliliyi ilə bağlı itkilərin azaldılması proqramı üzərində iş getdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra deyib: "Bizim təbii qaz ixracımız artır. İxracımız 2021-ci ildə təxminən 19 milyard, ötən il 22,6 milyard kubmetr olub. Bu il isə 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu göstərir ki, Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumu uğurla həyata keçirilir".
Yeri gəlmişkən, bu məqamda Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanması məsələsini bir daha xatırlatmaq istərdik. Belə ki, dövlətimizin başçısının həyata keçirdiyi yeni enerji siyasətində şaxələndirmə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi xüsusi yer tutur. Məsələn, bu istiqamətdə ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması xüsusi əhəmiyyət daşıyır.
Artıq həmin sənədin icrasına başlanılıb. Nəticədə isə yüksək göstəricilər əldə edilib. Belə ki, 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcminin ən azı 11,6 milyard kubmetr olacağı planlaşdırılıb. 
Beləliklə, 2023-cü ildə Azərbaycanın ixrac qazının ümumi həcminin təxminən 24 milyard kubmetr olacağı nəzərdə tutulub. Müqayisə üçün deyək ki, 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edib. Bax, elə bunun nəticəsidir ki, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirməyi qarşıya mühüm vəzifə kimi qoyub. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən iclasdakı çıxışında "yaşıl enerji" ehtiyatlarımıza Azərbaycanın tərəfdaşları tərəfindən xüsusi diqqət yetirildiyini vurğulayıb. "Bu gün biz, əlbəttə ki, gələcəyə doğru baxırıq, "yaşıl enerji" ilə bağlı Məşvərət Şurası yaranıb. Cəmi dörd ölkə var və heyət kifayət qədər kiçikdir. Lakin onun böyüməsi potensialı var. Nəinki hökumətlər, o cümlədən şirkətlər də belə mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər" – deyə Azərbaycan Prezidenti qeyd edib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ildən mütəmadi keçirilən tədbirin əsas məqsədi Xəzərin ən böyük qaz yatağının resurslarının Avropa bazarlarına çıxarılması ilə yanaşı, Azərbaycan və tərəfdaşlarının həyata keçirdikləri meqalayihənin - Xəzərin sahilindən başlanğıcını götürən və 7 ölkəni əhatə edən  3500 kilometrlik infrastrukturun zamanında gerçəkləşdirilməsidir. 
Bu baxımdan ildə bir dəfə hökumət nümayəndələrinin, layihəyə cəlb olunan şirkət rəhbərləri və onun maliyyələşməsində iştirak edən beynəlxalq və kommersiya qurumlarının iştirakı ilə görülmüş işlərə yekun vurmaq, qarşıya çıxan problemlərin operativ həlli üçün tədbirlər görmək, həmçinin gələcək işlərlə bağlı fikir mübadiləsi aparmaq son nəticədə planlaşdırılmış işlərin zamanında gerçəkləşdirilməsi optimal bir platformaya çevrilib.
Bu toplantının vacib bir elementi də ilk dəfə burada Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsi və bununla da Azərbaycanın özünün tərəfdaşları olan Gürcüstan, Rumıniya və Macarıstanla ötən ilin dekabrın 17-də imzaladıqları Avropaya "yaşıl enerji" ixracı üzrə müqavilənin praktik icrasının əsasının qoyulmasıdır. 
2023-cü il həm Cənub Qaz Dəhlizi, həm də Xəzərin yaşıl enerjisinin Avropaya ötürülməsi ilə bağlı fəaliyyətimizdə həlledici ildir. Bu gün mənbəyi Azərbaycan olan yaşıl enerji dəhlizinin yaradılması da strateji prioritetdir. İnanırıq ki, Azərbaycan bundan sonra da "mavi yanacaq"la bərabər, "yaşıl enerji" ilə bağlı belə yüksək səviyyəli toplantılara ev sahibliyi edəcək və Avropaya enerji ixracının şaxələndirilməsi məsələlərində əsas tərəflərdən biri olacaq. 
Səlim Məmmədov 
Masazır kənd 5 saylı tam orta məktəbin direktoru / azxeber.com

İqtisadiyyat       Tarix: 07 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal bugun butun xeberler son xeberler bugun son xeberler bugun 2026 canli