Regionlarda biznes qurmaq daha asan olacaq: dövlət kredit faizinin yarısını ödəyəcək

Regionlarda biznes qurmaq daha asan olacaq: dövlət kredit faizinin yarısını ödəyəcəkİpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
İqtisadçı Eldəniz Əmirov azxeber.com-a açıqlamasında bildirib ki, mahiyyət etibarilə bu addım düzgün yanaşmadır:
"Mahiyyət etibarilə bu səlahiyyətlərin bir qurumdan digərinə ötürülməsini düzgün addım hesab edirəm. Ona görə ki, kredit zəmanəti və faiz subsidiyası mexanizmləri birbaşa sahibkarlığın inkişafına xidmət edən alətlərdir və onların bu sahə üzrə ixtisaslaşmış qurum tərəfindən idarə olunması daha çevik qərarların qəbuluna, resursların daha səmərəli yönləndirilməsinə və sahibkarların ehtiyaclarına daha operativ cavab verilməsinə imkan yarada bilər. Burada ən vacib və doğru məqam 2026-cı ildən etibarən bu mexanizmin Bakı və Abşeronda deyil, digər rayon və şəhərlərdə tətbiq edilməsidir. Yəni regionlara fokuslanma ilkin olaraq 2030-cu ilin sonuna qədər pilot layihə kimi işləyəcək. 
Şərtlərə gəldikdə isə əgər sahibkar kredit götürürsə və faiz dərəcəsi maksimum 13%-dirsə, onda 
kredit faizinin yarısını dövlət ödəyəcək. Məsələn, kredit faizi 12%-dirsə, onda dövllət bunun 6%-ni ödəyir. Yəni faiz yükü iki dəfə azalır".
İqtisadçı qeyd edib ki, əgər sahibkarın kifayət qədər girovu yoxdursa, dövlət kreditin bir hissəsinə zəmanət verəcək:
"Əgər sahibkarın kifayət qədər girovu yoxdursa, dövlət kreditin bir hissəsinə zəmanət verəcək. Həmçinin yeni qaydaya görə işğaldan azad olunmuş ərazilərdə kreditin 90%-dək hissəsinə zəmanət verilə bilər.  Digər rayonlarda kreditin 50%-dək hissəsinə zəmanət verilə bilər.  Bu da bankların kredit verməsini asanlaşdırır. Amma dövlət zəmanəti verilən kreditlərin ümumi məbləği 5 milyon manatı keçməməlidir. Əlaqəli şirkətlər qrupu üzrə isə maksimum 10 milyon manatdır. 
Əlqərəz, bu fərmanla dövlət istəyir ki, regionlarda biznes qurmaq asanlaşsın, sahibkarlar daha ucuz kredit ala bilsin, girov problemi olan sahibkarlar maliyyəyə çıxış əldə etsin, Bakıdan kənarda investisiyalar artsın".
O bildirib ki, hazırda ölkə üzrə yatırılan investisiyalarda və biznes kreditləri portfelində regionların payı arzuolunan səviyyədən aşağıdır:
"Hazırda ölkə üzrə yatırılan investisiyalarda və biznes kreditləri portfelində regionların payı arzuolunan səviyyədən aşağıdır. İqtisadi fəallığın və maliyyə resurslarının əhəmiyyətli hissəsi Bakı və Abşeron ərazisində cəmləşib. Bu baxımdan regionlarda sahibkarlığın maliyyə resurslarına çıxışını genişləndirən, investisiya qoyuluşlarını təşviq edən və biznes aktivliyini artıran hər bir qərar xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu fərman da məhz regionların iqtisadi potensialının daha dolğun reallaşdırılmasına xidmət edən mühüm addımlardan biridir".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 11 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az cəbhədən son görüntülər en son xeberler bu gun zelzele