"Yaşıl enerji və təmiz ətraf mühit" mövzusunda ictimai müzakirə təşkil olunub - YENİLƏNİB + FOTO

"Yaşıl enerji və təmiz ətraf mühit" mövzusunda ictimai müzakirə təşkil olunub - YENİLƏNİB + FOTO
Mayın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə "Yaşıl enerji və təmiz ətraf mühit: Bizneslər üçün inkişaf perspektivləri" mövzusunda ictimai müzakirə təşkil olunub.
Tədbirdə müvafiq dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbirin moderatoru, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov dünyada və ölkəmizdə bərpa olunan alternativ enerji mənbələrinə keçidin prioritet olduğunu, yaşıl enerji və ətraf mühit məsələlərinin, resurslardan səmərəli istifadənin son zamanlar xüsusi aktuallıq kəsb etdiyini, tədbirin bu sahədə biznes potensialının və sahibkarların çətinliklərinin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib. 
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında sudan səmərəli istifadə, təkrar emal, bu sahələrdə innovativ texnologiyaların tətbiqi, ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə həyata keçirilən yaşıllaşdırma işləri, işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib: 
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prioritetində qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır. Bu məqsədlə hazırlanmış qanun layihəsi ilə bağlı biznes subyektləri ilə fikir mübadiləsinin aparılması üçün ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur. Yaşıl enerji sahəsində dövlət tərəfindən son zamanlar həyata keçirilmiş layihələr hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə göstəriciləri artıb. Hazırda icrası davam edən layihələr çərçivəsində alternativ mənbələrdən istifadə daha da artacaqdır". 
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qeyd edib ki, Azərbaycanın bərpa olunan enerji mənbələrindən geniş istifadə etmək planları ölkəmizin müasirləşdirilməsi strategiyasına tam uyğundur. 
"Enerji mənbələrinin bu şəkildə şaxələndirilməsi ilə karbon izimizi minimuma endirməklə yanaşı, daha davamlı və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı təcrübələrinə nail olmağımız mümkündür. Bununla yanaşı, Qarabağın sıfır netto emissiya prinsipləri əsasında yenidən qurulması layihəsi və su idarəçiliyində yaşıl enerjidən istifadə etməklə Azərbaycan regionun inkişafına liderlik edə bilər. Bizim suvarma üçün günəş və külək enerjisindən istifadə etmək, ənənəvi enerji mənbələrindən asılılığımızı minimallaşdırmaq və ətraf mühitə təsiri azaltmaqda dünyada qabaqcıl olmaq imkanımız var".
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun alternativ enerji və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən sahibkarları dəstəklədiyini bildirib. 
"KOBİA alternativ enerji sahəsində bir sıra layihələrə qrant ayırıb. Sahibkarlar üçün mütəmadi olaraq "Yaşıl iqtisadiyyatın təşviqi"nə dair təlimlər təşkil edilir, sərgilərdə müvafiq sahədə fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərinin təqdim edilməsi dəstəklənir. Aidiyyəti dövlət qurumları və assosiasiyalar sahibkarlarla birgə ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası istiqamətində təşviq tədbirlərini davam etdirməlidir. Müəssisələrdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadəyə dair birgə tədbirlər görülməlidir. Müasir suvarma, sudan təkrar istifadə və suya qənaət edən "ağıllı texnologiyalar"dan istifadə etməklə səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır".
Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev müvafiq sahədə Agentlik tərəfindən görülən tədbirlər və perspektiv planlar barədə fikirlərini bölüşüb. 
Müzakirədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, "yaşıl artım" və "yaşıl iqtisadiyyat" kimi hədəflər Azərbaycan iş adamları qarşısında yeni çağırışlar qoyur və konfederasiyanın üzvü olan şirkətlərin bu sahədə texnoloji inkişafa qoyduqları sərmayələr, təşəbbüskarlıq bizi sevindirir.
Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, sualları cavablandırılıb.
16:32
"Azərbaycanın kənd təsərrüfatı sektorunda su ehtiyatlarının düzgün idarə olunması istiqamətində tədbirlər gücləndirilməlidir".
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Yaşıl enerji və ətraf mühit bizneslər üçün inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, müasir suvarma, sudan təkrar istifadə və suya qənaət edən "ağıllı texnologiyalar"dan istifadə etməklə, səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır:
"Torpaqla bağlı problemlər də bu siyahıdadır. İstifadəsiz və yararsız torpaqlarla bağlı işlərin daha da sürətləndirilməsi vacibdir. Ölkədə yararsız torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi ilə mövcud resurslarımızın bərpa edilməsi istiqamətində müvafiq qurumların həyata keçirdiyi tədbirlər daha da gücləndirilməlidir. Bir sözlə, aidiyyəti qurumlar ölkədə keyfiyyətli və təmiz ekoloji mühitin qorunması və resurslardan səmərəli istifadənin təmin edilməsi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təbliğ edilməsi, o cümlədən uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli istiqamətində birgə səyləri daha da artırmalıdır".
O.Məmmədov vurğulayıb ki, qeyd olunanlar ekoloji tarazlığın beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə də mühüm töhfə olacaq:
"Bu kimi tədbirlər, həm də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının formalaşmasına imkan yaradacaq. Digər sahələrdə olduğu kimi, yaşıl enerji və təmiz ətraf mühit istiqamətində də sahibkarlarımızın fəaliyyətlərinin inkişafına, problemlərinin həllinə hər zaman dəstək olmağa hazırıq. Bu missiyamızı bundan sonra da davam etdirəcəyik". / oxu.az

Turizm     Baxılıb: 306   Tarix: 31 may 2023
f Paylaş

Oxşar xəbərlər

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün havanın temperaturu xeberler az sou xeberler bugun