Yaşıl mərci: sevimli qida və müalicə vasitəsi

Yaşıl mərci: sevimli qida və müalicə vasitəsiYaşıl mərci lap qədim zamanlardan qida rasionuna daxil olan bitkidir. Qədim Misirdə fironların, Yunanıstan və Babilistanda imperatorların sevimli yeməklərindən biri də mərci idi. Orta əsrlərdə Rusiyada əsas qida növü olan mərci unundan hətta çörək də bişirilirdi. Almaniya, Çin, Hindistan, Cənubi Amerika və Avstraliyada mərci indi də ən sevimli qida hesab edilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yaşıl mərci antik dövrlərdən bəri dərman bitkisi kimi də məşhurdur. Qədim loğmanlar deyərmişlər ki, qidası mərcimək olanlar ruhi tarazlıq əldə edirlər. Daha sonralar isə Avropa təbibləri mərcini bir sıra xəstəliklərin şəfası olan dərmanların sırasına daxil ediblər.
Onun ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərcidir. Mərcinin yaşıl rəngli növü təkcə zülalla deyil, həm də nişasta ilə zəngindir. Belə ki, onun tərkibində 30 faizə qədər zülal, 60 faizə qədər nişasta var. Mərcinin tərkibində ətlə müqayisə ediləcək qədər zülal var. Cücərmiş yaşıl mərci yarması təbii dəmir mənbəyi kimi qanda hemoqlobinin miqdarını artırır. C vitamini ilə zəngin olduğuna görə mərcimək qrip əleyhinə vasitə kimi də istifadə olunur. Tərkibində kaliumun çoxluğu onu ateroskleroz və ürək ritminin pozulması zamanı faydalı edir. Mərcinin cücərtilərindən istifadə etmək anemiyanın müxtəlif formaları və qanitirmədə müsbət nəticələr verir.
Yaşıl mərci maddələr mübadiləsini normallaşdırır və sinir sisteminin tam fəaliyyətini təmin edir, həzmi yaxşılaşdırır, ekzema və mədə xorasını müalicə edir. Onun tərkibində kobud sellüloza çox olduğuna görə xroniki enterit, kolit və pankreatitli xəstələrin xörəklərində istifadə etmək məsləhət görülür.
Mərci müqaviməti artırır, immuniteti möhkəmləndirir, qanda xolesterinin miqdarını azaldır, ürək və beyin damarlarını xolesterol çöküntüsündən təmizləyir, qanda şəkərin səviyyəsini azaldır, böyrək daşlarını əridir, qaraciyər hüceyrələrini və qanı zərərli maddələrdən təmizləyir, sümükləri və sinirləri möhkəmləndirir, əzələ ağrılarını aradan qaldırır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 05 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd

"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.   -a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimi

İnfarkt ən çox nə vaxt baş verir? - Kardioloqlar izah edir

Kardioloqlar qadınlar və kişilərdə infarktın əlamətləri fərqli ola biləcəyi qənaətindədirlər. Həm kişilər, həm də qadınlar sinədə güclü ağrı və narahatlıq hiss edə bilərlər. . xəbər verir ki, kardioloqlar qadınlarda əlav

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı

Avstraliyada qeyri-adi tibbi yanaşma diqqət çəkib. KONKRET.azxəbər verir ki, İT sahibkarı Pol Koningem standart terapiyalar nəticə vermədikdən sonra iti Rozinin xərçəngini müalicə etmək üçün eksperimental mRNT peyvəndi hazırlayıb

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar

Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir. KONKRET.azxəbər verir ki, bu barədə "Nature Neuroscience"

Bu məşqlər beyin qocalmasını yavaşladır

Beynin qocalmasını yavaşlatmağın gözlənilməz yolu kəşf edilib. Güc məşqləri beynin qocalmasını yavaşladır və funksiyasını yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, yeni bir araşdırmaya görə, güc məşqləri beynin funksiyasın


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son durum xeberler bugun 2026 cəbhədən ən son xəbər xəbər