""Yaşlı deputatlar gedib nəvələri ilə oynasın" fikrimi söz gəlişi demişdim" - Ağacan Abıyev
"Mən bu işin içində deyiləm. Ona görə mən heç nə deyə bilmərəm. Mən hansı təşkilatın üzvüyəm ki, bu cür fikir səsləndirim. Yaşlı deputatlar nəvələri ilə oynasın fikrimi söz gəlişi demişdim".
Bu sözləri azxeber.com-a açıqlamasında, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, 86 yaşlı professor Ağacan Abıyev deyib.
YAP-ın bu gün keçirilən iclasında bir çox yaşlı deputatın namizədliyi yenidən irəli sürülüb.
Bununla bağlı fikirlərini bildirən Ağacan Abıyev bu fikirləri səsləndirib:
"Əgər insanın sağlamlığı icazə verirsə, yaşından asılı olmayaraq işləyə bilər. Yaşlı deputatların namizədliyi irəli sürülə bilər. Elə yaşlı adamlar var ki, sağlamdırsa, işi bacarırsa, təcrübəsi varsa, o halda işləyə bilər. Mən onların işləməsinə səs verirəm. Biz həmin adamara deyə bilmərik ki, namizədliyini irəli sürmə. Ancaq əsas məsələ seçicinin seçimidir. Bu məqamda seçici öz fikrini bildirməlidir. Seçici seçimi etməlidir".
Günel Hüseynli

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Futbolçunu ölümü: bu oyunlar təxirə salındı
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər
Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi