Yaşlı kişinin gənc arvadından dəhşətli əməl: 'Qonşuyla sanitar qovşaqda...' - Bakıda şok

Yaşlı kişinin gənc arvadından dəhşətli əməl: 'Qonşuyla sanitar qovşaqda...' - Bakıda şokBakıda 1957-ci il təvəllüdlü Nəsimi şəxsi münasibətlər zəminində arvadı Zəminəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
azxeber.com Teleqraf.com-a istinadən bildirir ki, hadisə 25 oktyabr 2021-ci ildə baş verib.
Nəsimi həmin gün saat 15 radələrində rəsmi nikahda olduğu arvadı Zəminə ilə birgə yaşadıqları evdə növbəti dəfə mübahisə edib.
Mübahisə zamanı Nəsimi Zəminəyə ailəyə qayğı göstərməməsi, eləcə də guya başqa kişi ilə ona xəyanət etməsinə dair iradlarını bildirib. O, Zəmininənin bu iradlara kobud cavab verməsindən əsəbləşib, onu öldürmək qərarına gəlib. Mənzilin eyvanındakı saxlanc yerində olan çəkici götürüb və yataq otağında olan Zəminəyə yaxınlaşaraq baş nahiyəsinə qəfildən bir neçə dəfə ardıcıl zərbələr vurub.
Otaqdan çıxmağa çalışan Zəminənin müqavimətini qırmaq üçün onun baş nahiyəsinə həmin çəkicin dəmir hissəsi ilə zərbələr vurmaqda davam edib.
Zəminə onu itələyərək yaşadığı mənzildən çıxıb və yataqxananın dəhlizi ilə qaçıb. Nəsimi arxasınca qaçaraq dəhzildə ona daha bir zərbə vurub. Qonşuların müqaviməti, həmçinin Zəminəyə vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas olub.
İstintaq orqanı tərəfindən Nəsiminin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
"Arvadım məni günahkar sayırdı"
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsimi elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, 1983-cü ildə Nigarla ailə həyatı qurub və həmin nikahdan iki övladı olub: "2009-cu ildə Nigarla boşandım və o, 2021-ci ildə COVİD-19 virusuna yoluxaraq öldü. Nigarla birgə nikahdan olan oğlum Əli 2005-ci ildə avtoqəza nəticəsində ölüb, qızım Səmayə isə ailə həyatı qurub. Nigarla boşanmağıma səbəb əsasən Rusiya Federasiyasında yaşamağım və oğlum Əlinin avtoqəza nəticəsində öldükdən sonra evdə yaranmış narazılıq olub.
Nigar ailəmin üstündə olmamağımı bəhanə gətirərək oğlum Əlinin ölümündə psixoloji olaraq məni günahkar sayırdı. Boşandıqdan sonra qızım Səmayə ilə əlaqə saxlasam da, gediş-gəlişlərimiz olmayıb".
"Uşağı xəstəxanadan məndən xəbərsiz çaxardı"
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2010-cu ildə Zəngilan rayonundan olan həmyerlisi Zəminə adlı qadınla ailə qurub: "Birgə nikahdan 2011-ci ildə qızım Səidə anadan oldu. Zəminə ilə nikahda olduğum müddətdə tikintilərdə fəhləlik etməklə ailəmi saxlamışam. Aramızda ilkin narazılıq övladımız Səidə doğulandan sonra başladı.
Narazılığa səbəb yeni doğulmuş övladımı məndən xəbərsiz xəstəxanadan baldızım Sevincin çıxararaq evinə aparması oldu. Zəminə həmin ərəfədə mənə zəng edərək Səidənin vəziyyətinin ağır olduğunu dedi, təcili məni Sevincin evinə çağırdı.
Körpəni Sevincin evindən Yasamal rayonu ərazisində yerləşən Pediatriya İnstitutuna apardım. Bağırsaqlarında olan tutulmalarla bağlı onu reanimasiya şöbəsinə yerləşdirdim. Səidə bir müddət stasionar xəstəxanada qaldı və müalicə olundu.
Səidəni evə gətirəndən sonra Zəminə ilə aramızda ona qızıl-zinət əşyalarının alınmaması ilə bağlı mübahisələrimiz oldu. Zəminəyə əsəbləşərək bir ata kimi uşağımı xəstəxanadan çıxarma sevincini yaşaya bilmədiyimi, ata kimi övladımı özüm çıxarmaq istəyimi bildirdim".
"Özüm-özümə qulluq etdim"
Nəsimi qeyd edib ki, Zəminə ilə münasibətlərinin pozulmasına səbəb eyni zamanda onda onkoloji xəstəliyin aşkarlanması və keçirdiyi əməliyyatla bağlı olub:
"Həmin xəstəlik məndə 2015-ci ilin oktyabrında tapıldı. Şüa terapiyası qəbul etdim və 2016-cı ilin aprelində əməliyyat olundum. 2017-ci ildə prostat vəzidən də əməliyyat olundum. 2016-cı ilin dekabrınadək Zəminə mənə qayğı göstərdi. 2017-ci ilin əvvəlindən isə artıq mənə heç bir diqqət yetirmədi. Həyat yoldaşı kimi davranmadı. Mənə evdə yemək verilmədi, paltarlarım yuyulmadı, özüm-özümə qulluq etdim".
"Hərəkətləri məni bezdirdi"
Nəsimi qeyd edib ki, Zəminə özü 2016-cı ildən bir şirkətə işə qəbul olub və orada xadimə kimi işləyib: "Xəstə olmağımdan istifadə edərək artıq məni saymadı. Qızım orta məktəbin şagirdi idi. Amma son iki ildə pandemiya ilə əlaqədar məktəbə getmirdi.
Daha sonra məktəblər açıldı. Zəminə Səidəni məktəbə aparıb-gətirdi. Hər gün səhər saatlarında işə gedib, günorta fasilədən sonra evə gəlirdi. Bəzi vaxtlar evə gəlmir, ya da mənə demədən istədiyi vaxt evə gedib-gəlirdi. Artıq Zəminənin hərəkətləri məni bezdirmişdi".
"Şübhələrim məni narahat etdi"
Təqsirləndirilən şəxs deyib ki, 2016-cı ildən sonra Zəminənin qohumları belə onlara ayaq basmayıb: "Yalnız Zəminə özü qohumlarının evinə gedib-gəlirdi.
Hadisədən bir ay əvvəl Zəminənin yataqxanada yaşayan, boşanmış Valeh adlı şəxslə əlaqəsinin olmasından şübhələndim. Həmin ərəfədə Zəminə qızım Səidə ilə bacısının evinə getmək adı ilə evdən çıxaraq getmişdi. Təxminən 20 dəqiqə sonra dəhlizdə səs eşitdim. Çıxarkən dəhlizdə alaqaranlıqda uşaq gözümə dəydi, yaxınlaşdıqda qızım Səidənin olduğunu gördüm.
Səidəyə yaxın gələndə o, "ana, ana" deyərək səslədi, Zəminə ilə Valeh isə dəhlizin baş hissəsində yerləşən sanitar qovşağı tərəfindən birgə çıxdılar. Yaxınlaşarkən əlimlə onun saçından tutdum, divara söykədim. Başını divara vurmaq istədim. Səidənin Zəminənin ayağına sarılıb, "ana" deyib qışqırması məni dayandırdı.
Zəminə qorxusundan səsini çıxarmadı. Bu vaxt Valeh də kənardan "ay qonşu, mənəm" dedi. Valehin sözlərinə məhəl qoymadım. Zəminə isə mənə bu barədə artıq bir söz demədən birlikdə evə keçdik.
Hadisə gününədək evdə vəziyyət bir qədər də kəskinləşdi. Zəminənin hərəkətini qəbul edə bilmədim. Valehlə əlaqəsinin olub-olmamasını bilməsəm də, şübhələrim məni narahat etdi. Özümün aldadıldığımı hiss etdim.
Yataqxananın dəhlizi qaranlıq olduğundan mənzilin giriş qapısı tərəfdən lampa asdım. Lakin Zəminə dəhlizin qaranlıq qalması üçün həmin lampanı vuraraq sındırdı. Hətta dəhlizdə olan yardımçı otağın qapısını düzəltdirərək qıfıl vurdurdum. Zəminə həmin otaqda olan lampanı da sındırdı. O, paltarları yuyub, həmin yardımçı otaqda qurudurdu. Zəminəyə yaşadığımız mənzilin eyvanı olduğunu və paltarları eyvanda qurutmasını dedim. Həyat yoldaşımın bu hərəkətləri beynimi qarışdırdı. Özümü ələ ala bilməyərək nə edəcəyimi bilmədim".
"Çəkiclə zərbələr vurdum"
Nəsimi qeyd edib ki, 25 oktyabr 2021-ci ildə məktəb pandemiya ilə əlaqədar bağlandığından Zəminə Səidəni onlayn dərs keçməsindən ötrü bacısı Vəfanın yaşadığı evə aparıb:
"Zəminə günortadan sonra evə gələndə son bir ayda evdə olan hadisələrin, eləcə də evə gecələr gəlməsi və ya heç gəlməməsinin uşağın tərbiyəsinə pis təsir etdiyini, gələcəkdə övladımın ailəsində problem yaranmasına səbəb olacağını dedim. Zəminəyə iradımı bildirdim və onun düzəlməsini tələb etdim. Amma Zəminə yaxşı etdiyini, mənim ona artıq lazım olmadığını dedi, yataq otağına keçdi.
Həmin vaxt əsəblərimi cilvolaya bilmədim. Qonaq otağında olan eyvana çıxaraq çəkici götürdm və Zəminənin olduğu yataq otağına keçdim. Sağ əlimdə olan çəkiclə Zəminəyə yaxınlaşdım, ondan bu hərəkətlərinə son qoyub-qoymayacağını soruşdum. Əsəbi cavab qaytardığı üçün çəkiclə ona ilk zərbəni endirdim. Zəminə həmin vaxt ayaq üstə idi. Söhbət apara bilməyim üçün əlimdəki çəkiclə əvvəl onu yavaş vurdum. Zərbədən sonra sifətimə əl atarkən əlimdəki çəkiclə ikinci zərbəni vurdum.
Zəminə məni əli ilə itələdi. Özünü qorumağa çalışsa da, ardıcıl şəkildə zərbələr vurmaqda davam etdim. Evin qapısından məhəlləyə düşməməsi və qonşuların bilməməsi üçün onu əlimlə saxlamağa cəhd etdim. Lakin məni itələdi, əlimdən çıxaraq dəhlizə çıxdı. Biz beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşadığımıza görə, Zəminənin arxası ilə yataqxananın dəhlizinə çıxdım. Onu dəhlizdə vurmadım. Pilləkənin başında çataraq iki dəfə də orada çəkiclə vurdum.
Zəminə məni əli ilə itələdi. Özünü qorumağa çalışsa da, ardıcıl şəkildə zərbələr vurmaqda davam etdim. Evin qapısından məhəlləyə düşməməsi və qonşuların bilməməsi üçün onu əlimlə saxlamağa cəhd etdim. Lakin məni itələdi, əlimdən çıxaraq dəhlizə çıxdı. Biz beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşadığımıza görə, Zəminənin arxası ilə yataqxananın dəhlizinə çıxdım. Onu dəhlizdə vurmadım. Pilləkənin başında çataraq iki dəfə də orada çəkiclə vurdum.
Zəminənin arxası ilə 3-cü mərtəbədən 2-ci mərtəbəyə düşən pilləkənin yarısınadək qaçdım. Onun "bacımgilə çatdırın" sözlərini deyərək qışqırdığını, ətrafda yaşayan və səsə çıxan qonşuların ona köməklik etdiklərini gördüm".
Nəsimi bildirib ki, bundan sonra otağa qayıdaraq çəkici qonaq otağının pəncərəsinə qoyub və üzünə su vuraraq ayılmağa çalışıb: "Həmin gün gecə saatlarınadək parkda gəzdim. Daha sonra Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə getdim, cinayəti könüllü etiraf etdim. Hərəkətlərimdən çox peşmanam".
"Evə baxmadı, övladını unutdu"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zəminənin sözlərinə görə, Nəsimi ilə münasibətlərinin pozulmasının əsas səbəbi onda bədxassəli onkoloji xəstəliyin aşkarlanması və həmin xəstəlikdən keçirdiyi əməliyyatları olub: "Xəstəlik Nəsimidə 2015-ci ilin oktyabrında tapıldı. Həmin vaxtdan şüa terapiyası qəbul etdi. 2016-2017-ci illərdə cərrahi əməliyyatlar keçirdi.
Xəstəlikdən sonra demək olar ki, evə baxmadı, bizimlə ümumiyyətlə maraqlanmadı, işi ancaq səhər parka gedib, gecə saatlarında evə qayıtmaq oldu. Evə ərzaq almadı, ümumiyyətlə övladını sanki unutdu. Ona görə qızımı özüm böyüdüb, boya-başa çatdırmaq üçün artıq 2016-cı ildə işləmək qərarına gəldim".
"Bağışlamıram"
Nəsiminin onu öldürməyə cəhd etməsindən danışan zərərçəkmiş deyib ki, Valehlə xəyanət etməsi barədə iddialar yalandır: "Valeh əvvəllər bizimlə qonşuluqda yaşasa da, təxminən 2-3 il olar oradan köçüb. Bildiyimə görə, Valeh indi Füzulidə yaşayır. Qardaşı Rasim bizimlə eyni mərtəbədə ayrı mənzildə yaşayıb.
Valeh 2021-ci ildə dəqiq xatırlamadığım vaxtda evinin açarını müştəri olan zaman göstərilməsi üçün bizə vermişdi. Bir dəfə mənə zəng edərək evə baxmağa müştərinin gəldiyini, amma bizi tapmadığını dedi. Mən də Valehə işdə olduğumu, Nəsiminin isə səhərlər parka getdiyini bildirdim.
Bu səbəbdən Valehin sözü ilə evə nəzarət olunması üçün mənzilin açarını bacımla qonşuluqda yaşayan gəlinləri Fəridəyə verdim. Mənim Valehlə bir dəfə bu məsələ ilə bağlı telefon danışığım olub. Başqa heç bir əlaqələrimiz, qadın-kişi münasibətlərimiz olmayıb.
Nəsiminin əxlaqım barədə dediklərini qəbul etmirəm. Bu söz-söhbətlərin hamsı uydurmadır. Heç bir halda mənə qarşı etdiyim belə qəddar hərəkətə görə bağışlamıram. Ona görə də onun ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyirəm".
Nəsimi 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Sosial     Baxılıb: 164   Tarix: 16 may 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda 'Batya Vasmoyski' ləqəbi ilə tanınan şəxs vəfat edib

Ötən il Bakıda müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışan, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən "Batya Vasmoyski" ləqəbli Bəxtiyar Ağaməmmədov vəfat edib. "Qafqazinfo"y

İyunun 1-də keçirilən qəbul imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini ela

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən başlayır. AZXEBER. COM xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib. Qeydiyya

Sabah Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə xəbər istinadən verir

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

İyunun 15-i saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, iyunun 15-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hav

İranın neft obyektləri fasiləsiz işləyir

İran İsrailin hücumları zamanı neft obyektlərinə ziyan dəymədiyini və yanacaq paylanmasının fasiləsiz fəaliyyət göstərdiyini açıqlayıb. xəbər verir ki, bu barədə İranın Milli Neft Emalı və Neft Məhsullarının Paylayıcı Şirkət

Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik-leytenant rütbəsi verilib?

Son günlər sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevin vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alması ilə bağlı məlumatlar yayılıb. İddialara əsasən

İyunun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyind

Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq

İyunun 18-də saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkət


yeni xeberler son xeberler azerbaycan xeberleri bugunun xeberleri cəbhədən son xəbərlər 2025 kriminal xeberler havanın temperaturu