Yaxın aylarda keçmiş məcburi köçkünlər evlərinə qayıdacaq - Leyla Abdullayeva
Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində böyük işlər görülür.
Azxeber.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Karabakh Memorial" internet resursunun təqdimat mərasimində deyib.
O qeyd edib ki, keçmiş məcburi köçkünlərimizin ən qısa zamanda öz evlərinə, torpaqlarına qayıdışını təmin etmək üçün böyük işlər görülür.
"Yaxın aylarda keçmiş məcburi köçkünlər arasında ilk ailələrin evlərinə qayıtmasının şahidi olacağıq. Bu gün Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib. Bundan sonrakı mərhələdə bizim işimiz ikiqat artır. Həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Ermənilər tərəfindən törədilən hər bir cinayət sənədləşdirilir və aidiyyəti üzrə beynəlxalq təşkilatların diqqətinə çatdırılır. Bu cinayətlərin beynəlxalq müstəvidə Ermənistana qarşı iddia olaraq qaldırılması istiqamətində işlər gedir. Avropa İnsan Hüquqları Məhkəməsində bu ilin yanvar ayında qaldırılan iddia çərçivəsində iş davam edir. Bu ilin sentyabr ayında Beynəlxalq Cinayət Məhkəməsində qaldırılan işlə bağlı da proses davam etdirilir. Lakin bu, son deyil. Bu işlərin, iddiaların qaldırılması davam etdiriləcək. İlk növbədə, beynəlxalq ədaləti təmin etmək üçün bu, çox vacibdir" - deyə, L.Abdullayeva qeyd edib.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı