Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi narahatlıq doğurur

Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi narahatlıq doğurur"Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnən son hadisələr narahatlıq doğurur".
azxeber.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə işgüzar səfəri çərçivəsində İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.
Nazir Azərbaycanın hərbi əməliyyatlar və eskalasiyanın dayandırılmasına çağırış etdiyini diqqətə çatdırıb.
Xüsusilə, qadın və uşaqların da daxil olduğu mülki əhali arasında artan itkilərlə bağlı qurbanların ailələrinə başsağlığı ifadə olunub, yaralananlara şəfa arzulanıb. Dinc insanların həyatına qarşı təhlükənin, habelə mövcud vəziyyətin gərginləşdirilməsinin qarşısının alınması istiqamətində mülki və infrastruktur obyektlərinin, habelə müqəddəs yerlərin qorunmasının vacibliyi vurğulanıb.
Münaqişə coğrafiyasının mümkün genişlənməsi ilə bağlı xəbərlərin narahatlıq doğurduğu, bu xüsusda mövcud vəziyyətin aradan qaldırılması məqsədilə sülh danışıqlarına təhdid törədən addımlara qarşı beynəlxalq ictimaiyyətin birgə səylərinin əhəmiyyəti qeyd olunub.
İslam həmrəyliyinə hər zaman sadiq qalan ölkəmizin Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini qeyd edən Ceyhun Bayramov, Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib.
Münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycanın səylərindən bəhs edən nazir ölkəmizin fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verdiyini diqqətə çatdırıb.
Xüsusilə, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ölkəmizin Fələstin probleminə xüsusi diqqət yetirdiyi, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyi bildirilib.
C.Bayramov bundan sonra da Fələstin probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərimizi davam etdirəcəyimizi bildirib.

Siyasi       Tarix: 18 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qey


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər xəbər az son xeber.az futbol xeberleri