Yaxın Şərqdəki savaşın gizli məqamları - 'İranın hədəfində bu dəfə

Yaxın Şərqdəki savaşın gizli məqamları - 'İranın hədəfində bu dəfəXəbər verdiyimiz kimi, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb. Eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
Tərəflər arasındakı mübarizə getdikcə şiddətlənməyə davam edir. Bəs, İsrail-Fələstin müharibəsinin gedişatı necə olacaq? Yaxın Şərqdə mövqelər necə dəyişəcək?
Yaxın Şərqdəki savaşın gizli məqamları - 'İranın hədəfində bu dəfəMövzu ilə bağlı azxeber.com-a danışan politoloq Elxan Şahinoğlu bu hadisələrin Cənubi Qafqaza da təsir edəcəyini qeyd edib: 
"Yaxın Şərqdə baş verən son qanlı hadisələrin bölgəyə sıçraması ehtimalı böyükdür. Çünki burada müxtəlif böyük dövlətlərin maraqları kəsişir. Necə ki, Suriyada 10 il qabaq savaş başladı. Burada da böyük dövlətlərin maraqları kəsişirdi. Hazırda daha təhlükəli vəziyyət yaranıb. İsrail bu terror hücumunun qarşılığında Qəzza bölgəsini bombalayır. İndi beynəlxalq aləmdə də ikitirəlik yaranıb. Qərb ölkələri İsraili dəstəkləyərkən, digər ölkələr o cümlədən Türkiyə, Rusiya, Çin hər iki tərəfi savaşı dayandırmağa çağırır. Hətda Fələstinə dəstək ifadə edən fikirlər də var. Onu da xüsusi qeyd etmək lazımdır ki, İran və Suriya birmənalı şəkildə HƏMAS-ın son hücumlarını dəstəkləyir".
Təhlükəli vəziyyətin Avrasiya qitəsinə sıçrama ehtimalının olduğunu deyən politoloq, bunun Cənubi Qafqaza da müəyyən təsirinin olacağını bildirib: "Hazırda elə bir təhlükəli vəziyyət yaranıb ki, bunun da Avrasiya qitəsinə sıçrama ehtimalı var. Artıq Livandanda atəş səsləri eşidilir.  Hadisələrin Cənubi Qafqaza müəyyən təsirləri ola bilər. Çünki İsrail Azərbaycanın tərəfdaşıdır".
Yaxın Şərqdəki savaşın gizli məqamları - 'İranın hədəfində bu dəfəİranın İsrail və tərəfdaşlarını hədəfə aldığını deyən Elxan Şahinoğlu bu ölkənin Azərbaycana qarşı da təxribatçı fikirlər səsləndirdiyini bildirib:
"İşin içində İran varsa, tək İsraili deyil onun tərəfdaşları da hədəfdədir. Artıq Azərbaycana qarşı da İrandan təxribatçı fikirlər və açıqlamalar səsləndirilir. Ermənistanda da İsrailə hücuma sevinənlər var. Ancaq İsrail ərazicə kiçik olsa da, hərbi baxımdan güclü dövlətdir. Terrorun miqyasını azaltmağa çalışacaq. Nəticədə HƏMAS-ı dəstəkləyənlər heç nə qazanmayacaq, əksinə bölgəni qarışdırmış olacaqlar".
Politoloq İranın bu qarşıdurmadakı məqsədlərini də sıralayıb:
"İranın məqsədi diqqəti özündən yayındırmaq idi. Son zamanlar İsrail ərəb ölkələri ilə sıx əlaqələr qurur, diplomatik münasibətləri bərpa edirdi. İsrail Səudiyyə Ərəbistanı ilə danışıqların son mərhələsinə qədəm qoymuşdu, İran buna da mane olmağa çalışdı. Azərbaycanın İsraildə səfirlik açması İranı narahat edirdi. Sonda bublkarın heç biri nəticə verməyəcək. Yekunda ABŞ İsrailə hərbi dəstəyini daha da artıracaq".
Politoloq müharibə geniş miqyas alarsa, Cənubi Qafqazda yarana biləcək müharibənin mənfi təsirlərindən danışıb:
"İrandakı bəzi qüvvələr Azərbaycanı hədəf götürə bilərlər. Son hadisələr fonunda beynəlxalq aləmdə Qarabağ mövzusuna maraq azaldı. Bu da bizim xeyrimizədir ki, biz beynəlxalq aləmin bizim məsələlərə qarışmasını istəmirik. Son hadisələr fonunda beynəlxalq aləmin diqqəti Yaxın Şərqdə baş verən hadisələrə köklənəcək".
Günel Hüseynli

Siyasi       Tarix: 09 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun son xeber az son xeberler az kriminal xeber