Yaxın Şərqdən gələn muzdlu terrorçular Ermənistanın dadına çatmayacaq - ŞƏRH

Yaxın Şərqdən gələn muzdlu terrorçular Ermənistanın dadına çatmayacaq - ŞƏRH Yaxın Şərqdən gələn muzdlu terrorçular Ermənistanın dadına çatmayacaq - ŞƏRH
Ötən günlərdə Ermənistanın məskunlaşma üzrə əyalət departamentinin sədri Robert Matevosyan yerli mediaya "maraqlı" açıqlama verib.
O deyib ki, cəbhəboyu gedən döyüşlərdə erməni əsgərlərinə kömək üçün artıq ikinci qrup dəstək göndərilib. Separatçı rejiminin nümayəndəsi Azərbaycanın işğal altındakı rayonu olan Laçından erməni əsgərlərinə köməyə gələn 100-nəfərdən çox könüllülərin içərisində suriya ermənilərinin olduğunu qeyd edib.
Bütün bunlar Ermənistanın son aylar ərzində ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində baş verib. Bəli, separatçı rejim xarici muzdluları işğal altında olan ərazilərə "könüllü döyüşçü dəstələri" adı altında gətirib. Məqsəd isə terrorçu və muzdlu dəstələri Azərbaycana qarşı təxribatlarında istifadə etməkdir. Belə baxanda təəccübləndik mi? Xeyr, çünki terrorçuluq Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir.
Bütün bunlardan görünən odur ki, bizim ermənilərlə informasiya savaşına girməyimizə belə ehtiyac yoxdur. Özləri öz çıxışları ilə öz yalanlarını ifşa edirlər. Belə ki, Ermənistan rəsmi olaraq Suriyadan, başqa ölkələrdən münaqişə zonasına xarici qüvvələrin, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib. Bu da onu göstərir ki, Ermənilər hələ Azərbaycan Ordusunun qarşısında dayana biləcək nə cəsarətə, nə də hərbi gücə malik deyillər.
Açıq şəkildə terrorçuların gücündən Azərbaycana qarşı döyüşlərdə istifadə edən ermənilər utanmazcasına qardaş ölkə Türkiyənin Ermənistanla münaqişədə Azərbaycan ordusuna hərbi dəstək verdiyinə dair iddialar səsləndirib. Bütün bunlar heç bir əsası olmayan, böhtan xarakterli açıqlamalardır.
Ermənistanın təxribat xarakterli hücumundan dərhal sonra Türkiyə Azərbaycana və beynəlxalq hüquqa dəstək olduğunu bildirib. Bununla bağlı məsələyə Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın "Rossiya 1" kanalına eksklüziv müsahibəsində də toxunub. Ölkə başçısı bir daha diqqətə çatdırıb ki, Ermənistan -Azərbaycan münaqişəsində qardaş ölkə Türkiyə bizə ancaq mənəvi dəstək göstərir:
"Ermənistan artıq 30 ildir Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ pozur. Türkiyə bizə ancaq mənəvi dəstək göstərir və biz buna görə Türkiyə prezidentinə və türk xalqına minnətdarıq. Başqa heç cür Türkiyə bu münaqişədə iştirak etmir və erməni tərəfinin Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı yaydığı şayiələr təxribat xarakteri daşıyır. Bu, "fake news"dur. Türkiyənin münaqişədə iştirakı ilə bağlı bir dənə də dəlil yoxdur və buna heç ehtiyac da yoxdur. Azərbaycan ordusu öz xalqını və ərazisini müdafiə etməyə tam hazırdır".
Ermənistan tərəfinin daha bir iddiası isə Ermənistan hərbi hava qüvvələrinə məxsus "Su-25" döyüş təyyarəsinin Türkiyəyə məxsus "F-16" təyyarələri tərəfindən vurulması idi. Ölkə başçısı separatçı rejiminin bu cür "fake news" xəbərinə də faktlarla cavab verib:
"Türkiyənin Hərbi Hava Qüvvələri və "F-16" qırıcıları münaqişədə iştirak etmir və bu xəbər heç bir dəlillə təsdiq olunmur. Müasir texnologiyaların inkişafını nəzərə alaraq belə bir halı gizlətmək mümkün deyil. Buna görə də bu xəbəri asanlıqla yoxlayıb təxribat olduğunu aydınlaşdırmaq olar. Ermənistan tərəfinin məqsədi bizə aydındır. İlk növbədə onlar Azərbaycan ordusunun işğal olunmuş ərazilərini azad edərkən qazandığı nailiyyətləri kölgələmək istəyirlər. Həmçinin Ermənistan tərəfi münaqişənin genişlənməsi və üçüncü ölkələrin buna qoşulmasını iddia etməklə daha çox tərəfləri münaqişəyə cəlb etmək istəyir və öz təxribatına haqq qazandırmağa çalışır. Sizə tam məsuliyyətlə deyirəm ki, Türkiyə münaqişə tərəfi deyil, döyüşlərdə iştirak etmir və buna da ehtiyac yoxdur".
Son günlərdə bəzi xarici mətbuatda Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı yalan məlumatlar yayılıb. Bu birmənalı olaraq iftira dolu qarayaxma kampaniyasıdır.
Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur.
Bunun əksinə olaraq, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir.
İllərdən bəri ağır demoqrafik böhran yaşayan və bunun nəticəsində silahlı qüvvələrini komplektləşdirmək iqtidarında olmayan Ermənistandan fərqli olaraq, Azərbaycanın tam komplektləşdirilmiş silahlı qüvvələri mövcuddur və bu silahlı qüvvələr qarşıya qoyulan məqsədə nail olmaq üçün hər hansı bir kənar qüvvəyə, xüsusilə də qeyri-nizami qruplaşmalara ehtiyac duymayacaq qədər peşəkar və güclüdür. Azərbaycan Ordusunun öz beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.
Hər kəs bilməlidir ki, Azərbaycan Ordusunun ək-hücum əməliyyatlarının məqsədi öz əhalisini, əzəli-əbədi torpaqlarını müdafiə etməkdir. Davam edən şiddətli döyüşlər və bu döyüşlər nəticəsində Azərbaycan ordusu işğal altında olan bir neçə yaşayış məntəqəsini, müxtəlif istiqamətlərdə strateji yüksəklikləri işğaldan azad edib. Hazırda da aktiv döyüşlər davam edir və Ermənistan bilsin ki, onlar Azərbaycan torpaqlarından çıxmayınca Qarabağ məsələsi öz həllini tapmayacaq.
Könül Cəfərli  /oxu.az

Siyasi       Tarix: 01 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az