"Yay aylarında turizm sektorunda vəziyyət pandemiyadan öncəki illəri üstələyəcək" - ŞƏRH + FOTO

"Yay aylarında turizm sektorunda vəziyyət pandemiyadan öncəki illəri üstələyəcək" - ŞƏRH + FOTO
Azərbaycana turist axını 23 faiz artıb. Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% artaraq 493,1 min nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6%, Türkiyəyə gedənlərin sayı 5,5% artıb, İrana gedənlərin sayı isə 26,5% azalıb. Ölkə vətəndaşlarının 38,9%-i Türkiyəyə, 24,1%-i Rusiyaya, 9,4%-i Gürcüstana, 7,8%-i İrana, 19,8%-i digər ölkələrə səfər ediblər.
Hər il yay mövsümündə Azərbaycanda turizm sektorunda canlanma müşahidə olunur. 2020-ci ildə başlayan koronovirus pandemiyası səbəbindən bu sektorda zəifləmə olub. Daxili turizmdə daha çox artım müşahidə olunub. Artıq pandemiya səngiyib. Bu il daha çox turist axını olacağını düşünənlər var.
Bəs görəsən, artım pandemiyada aşağı düşən turizm sektoruna necə təsir edəcək?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən turizm üzrə ekspert Cabir Dövlətzadənin sözlərinə görə, iyun ayından Azərbaycanda yüksək turizm sezonu başlayır:
"İyun ayından Azərbaycanda yüksək turizm sezonu başlayır, sentyabr ayına qədər davam edəcək. Kütləvi turizm axını bu müddət ərzində güclənir. Xüsusən də Səudiyyə Ərəbistanının yaxın vaxtlarda viza müddətini üç aya qədər uzatması oradan gələn turist axınına ciddi təsir göstərəcək. Çünki daha çox ailəvi turistlər Səudiyyə Ərəbistanından ölkəmizə gəlməkdədir. Siyasi münasibətlərin də yaxşılaşması turizm potensialının artmasına kömək edəcək".
Ekspert qeyd edib ki, 2023-cü ilin yay aylarında turizm sektorundakı vəziyyət pandemiyadan öncəki illəri üstələyəcək:
"Türkiyə və Rusiyadan ölkəmizə son zamanlar artan turizm axınının iyun ayında dərslərin bitməsi ilə daha da artacağı gözlənilir. Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Turizm Təşkilatı bildiriblər ki, "2023-cü ildə biz pandemiyadan öncəki dövrə düşəcəyik". Belə olacağı gözlənilir. Düşünürəm ki, 2023-cü ilin yay aylarında biz pandemiyadan öncəki illəri hətta ötüb keçə bilərik".
C.Dövlətzadə əlavə edib ki, kütləvi axının iyun ayından başlaması turizm sektoruna ciddi töhfə verəcək:
"Yay turizmi təkcə mərkəzdə deyil. Regionlara da ciddi təsirini göstərəcək. Bu təsir artaraq davam edəcək. Bölgə hotellərində bununla əlaqədar ciddi işlər aparırlar. Mərkəzdən gələn turistlər bir müddət sonra bölgələrə sərf edirlər. Bölgələrdən sonra yenidən mərkəzdəki hotellərə qayıdıb, ölkələrinə geri dönürlər. Kütləvi axının iyun ayından başlaması da bölgə turizminə ciddi töhfə verəcək".
Nəzrin Vahid

Turizm       Tarix: 26 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar sonxeberler son xeber.az xeberler azerbaycan