Yay gəlincə donu açılan kirayə bazarı: İstirahətə gedənlərin fikir verməli olduğu məqamlar - FOTO

Yay gəlincə donu açılan kirayə bazarı: İstirahətə gedənlərin fikir verməli olduğu məqamlar - FOTOYay gəlincə donu açılan kirayə bazarı: İstirahətə gedənlərin fikir verməli olduğu məqamlar - FOTO
İlboyu əmlak qiymətləri müxtəlif səbəblərdən dəyişir. Hazırda yay tətili mövsümü başladığından istirahət zonalarında, xüsusən bölgələrdə evlərin kirayə bazarının da donu açılır.  
Kirayə bazarında minimum və maksimum qiymətlər, eləcə də üstünlük verilən ərazilər barədə ekspertlərin fikirlərini öyrəndik.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, əvvəllər yayda dənizkənarı ərazilərdəki evlərə daha çox tələbat var idi, indi isə prioritet dəyişib:
Yay gəlincə donu açılan kirayə bazarı: İstirahətə gedənlərin fikir verməli olduğu məqamlar - FOTO"Hər il may ayından başlayaraq avqustun sonuna qədər, xüsusilə, Bakı şəhəri, Abşeron ərazisində dənizə yaxın olan bağ evlərinə tələbat daha çox idisə, son üç ildə maraq digər turistik zonalara istiqamətlənib. Buna səbəb 2020-ci ildən, yəni koronavirus pandemiyası başlayan dövrdən ölkə sərhədlərinin qapanmasıdır".
E.Fərzəliyev qeyd edir ki, hazırda ölkənin rayonları üzrə hər məbləğə kirayə ev tapmaq mümkündür:
"Bölgələrdə, xüsusən də turistik zonalarda, mənzərəli yerlərdə həyət evlərinin bir günlük təqribi qiyməti 40-50 manatdan başlayaraq 300-400 manata qədər dəyişə bilir. Bu, evin komfortundan, otaq sayından, yerləşdiyi ərazidən asılıdır. Hotellərdə otaqların qiyməti isə bölgələr üzrə 30 manatdan 150 manata qədər dəyişə bilir. Kottec tipli evlərə tələbat daha çoxdur ki, istirahət mərkəzlərində həmin evlərin bir günlük qiyməti təqribən 100 manat civarında hesablanır".
Turizm eksperti Ceyhun Aşurov isə Oxu.Az-a açıqlamasında bildirib ki, regionlarda bəzi evlərdə qiymət hətta 600 manata çatır:
Yay gəlincə donu açılan kirayə bazarı: İstirahətə gedənlərin fikir verməli olduğu məqamlar - FOTO"Bakıda qiymətlərdə elə də ciddi artım yoxdur. Rayonlarda isə qiymətlər evlərin yerləşdiyi ərazi, hotellərin kateqoriyasına görə təxminən 50-60 manatdan, bəzən 450-500 manata qədər dəyişir. Çünki qalma yeri təkcə otaq yox, kotteclər və s. də ola bilər. Rayonlarda evlərin qiyməti əraziyə və qalma yerlərinin kateqoriyasına, villalara görə 30 manatdan 500-600 manata qədər dəyişə bilər. Ucuz evlər 30 manatdan başlayan kənd evləri, ən bahalısı isə villalardır.
Kriteriyalar həyətdə hovuzun olması, evin standartları, rahatlığı təmin edən əşyalara görə dəyişir. Evlər var ki, sadəcə, qalma yeri təklif olunur. Evlər də var ki, böyük villadır, bir neçə hamamı, yaxud da bağlı və açıq hovuzu var. Bunlar da qiymətlərə təsir edir".
C.Aşurovun fikrincə, qiymətlərə tələbatdan savayı, infrastruktur da əhəmiyyətli dərəcədə təsir edir:
"Qəbələ, İsmayıllı, Şəki, Şamaxı, Lənkəran, Astara rayonları daha çox tələbat olan ərazilərdir. Bunlarda qiymətlər müxtəlifdir. Turizm infrastrukturu daha çox inkişaf etmiş zonalarda qiymətlər nisbətən yüksək olur. Bunu daha çox Qəbələ zonasına şamil etmək mümkündür. Orada qiymətlər 100 manatdan başlayırsa, Quba-Qusar zonasında 30 manatdan, cənub zonasında 50-60 manatdan başlayan qiymətləri görə bilərik. Həmin ərazilərdə də qiymətlər paytaxta yaxınlıq, uzaqlıq, təklif olunan evin komfort səviyyəsi və s. görə dəyişə bilir".  
Zərif Salmanlı

Turizm       Tarix: 14 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycan son xeber bugun hava kriminal bugun dunya xeberleri