Yayda necə qidalanmalıyıq və gündə neçə litr su içməliyik? – VİDEO

Yayda necə qidalanmalıyıq və gündə neçə litr su içməliyik? – VİDEOSon zamanlar ölkə ərazisində havanın temperaturun həddən artıq yüksəlməsi insanların isti yeməklərdən imtina etməsinə səbəb olur.
Xüsusilə də ürək-qan-damar sistemi, təzyiq, şəkərli diabet xəstələri və yaşlı təbəqəyə məxsus əhali qrupu istidən ən çox əziyyət çəkənlər sırasına daxildir desək, yanılmarıq.
Yüksək temperatura görə onlar isti qidadan çox sərin içkilərə üstünlük verirlər, müxtəlif növ maye qəbulu ilə bədənin enerjisini az da olsa bərpa etməyə çalışırlar.
Əslində isə bu içkilər sağlamlıq üçün çox zərərlidir. Bəs belə xəstəlikləri olan insanlar bu isti yay günlərində necə qidalanmalıdırlar?
Həkim dietoloqlar hesab edir ki, yay aylarında ən çox diqqət yetirilməli məqam suyun istifadəsidir.
Mövzu ilə bağlı danışan həkim-dietoloq İlqar Şamilov insanların hər kiloqrama görə 30 qram su qəbul etməli olduğunu bildirib:
"Yay aylarında suyun normal miqdarda qəbulu vacibdir. Çünki temperatur artdıqca hipertermiya yaranır və bədənin suya tələbatı artır.
Hər kiloqrama görə 30 qram su içmək lazımdır. Məsələn: 60 kq olan şəxs gün ərzində minimum 1.5-2 litr su içməlidir.
Bəzən su və maye qəbulunu qarışdırırlar. İnsanlar çox vaxt çay, kofe və qəhvə qəbul edərək suya olan tələbatı ödəməyə çalışırlar. Bunların tərkibindəki kofein ürək-qan-damar sistemi xəstələrində problemlər yaradır".
Maye normadan artıq qəbul edildikdə də fəsadlar verir. Həddən artıq çox qəbul edilən mayedə karbohidrat yüksək oluğundan böyrək xəstəsi olanlara mənfi təsir edir.
Dietoloqların sözlərinə görə, yeməklərin hazırlanmasına da xüsusi diqqət yetirmək lazımdır. Hava isti olduğundan qızarmış və "fast-food" kimi yeməklərdən imtina etmək yerinə düşərdi.
Çünki bunlar qanda xolesterolun miqdarını artırır. Bu da müəyyən xəstəliklərdən əziyyət çəkən insanlarda problemlər yaradır.
Məsələ ilə bağlı danışan digər dietoloq Leyla Zülfüqarova isə belə növ qidaların alternativ yeməklərlə əvəz olunmasını tövsiyə edir:
"Yay fəsli olsa da, biz ət məsullarından da istifadə etməliyik. Əgər bunları adi haldakı kimi istifadə edə bilmiriksə, salat formasında hazırlayıb yeyə bilərik.
Bunun üçün mal yaxud da toyuq ətini soyutma halında bişirib göyərti və tərəvəzlərlə qarışdıraraq qəbul edə bilərik.
Buna az miqdarda zeytun yağı da əlavə etmək olar. Beləliklə isti deyil, soyuq qida qəbul etmiş olacağıq, eyni zamanda bu qida sağlamlığımıza müsbət təsir edəcək.
Bununla da ürək-qan-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər yaxud da şəkərli diabet xəstəsi olanlar orqanizmin tələbatını bu qidalarla ödəyə biləcək".
Həkim-dietoloqlar yayda su tələbatını ödəmək üçün bəzən qatıq-kefir kimi məhsullardan içkilər hazırlayıb qəbul etməyi də məsləhət görürlər.
Bundan başqa mövsümi meyvə və giləmeyvələr də qəbul ediləcək qidalar sırasına daxildir. Lakin bunlar normal qayda ilə yeyilməlidir.
Adətən insanlar yayda maye ağırlığı çox olan meyvə və tərəvəzlərə üstünlük verirlər. Lakin bu, belə olmamalıdır. Məsələn, qarpız bədənə həddən artıq şəkər yükləyir.
Buna görə də az miqdarda qəbulu tövsiyə olunur.

Sosial       Tarix: 26 iyun 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər xəbər bugünki xəbərlər en son xeber