Yazgül Abdiyeva: 2 həftəlik sərt karantin tədbirlərinin tətbiqi artıq qaçılmaz idi

Yazgül Abdiyeva: 2 həftəlik sərt karantin tədbirlərinin tətbiqi artıq qaçılmaz idiCOVİD-19-a yoluxma hallarının sayının artması ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsini tələb edir.
Milli.Az bildirir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, son günlərdə Azərbaycanda bir sutka ərzində qeydə alınan yeni yoluxma hallarının sayı 300-dən aşağı olmur. Bu isə o deməkdir ki, ölkədə səhiyyə sisteminin üzərinə düşən yük getdikcə artır.
Mütəxəssisin sözlərinə görə, artıq elə bir vəziyyət yarana bilər ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz. Çünki xəstəxanaların doluluq səviyyəsi müəyyən edilmiş həddi keçərsə, yeni yoluxan xəstələrin xəstəxanalara yerləşdirilməsi ilə bağlı problemlər yarana bilər. Bu halların olmaması üçün ən vacib tədbirlər insanların özləri tərəfindən görülməlidir:
"Artıq insanlar Avropada yaranan təcrübənin şahidi olublar. Həmin ölkələrdə xəstələri xəstəxanalarda yerləşdirmək üçün yerlər tapılmırdı. Həmin acınacaqlı vəziyyətin ölkəmizdə yaşanmaması üçün hər bir Azərbaycan vətəndaşı sosial məsafənin qorunmasına, tibbi maskalardan istifadəyə və əllərinin yuyulmasına diqqət yetirməlidir. Lakin təəssüf ki, bəzi insanlar ya şüurlu şəkildə bu qaydalara əməl etməyin vacib olduğunu dərk etmirlər, ya da məsuliyyətsizlik göstərirlər".
Y.Abdiyeva qeyd edib ki, bütün bunlar, xüsusilə insanların məsuliyyətsiz davranışları ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsini, sərt karantin tədbirlərinin tətbiqini zəruri edir.
Mütəxəssis bu fikirdədir ki, 2 həftəlik - iyunun 21-dən iyulun 5-dək sərt karantin tədbirlərinin tətbiqi artıq qaçılmaz idi. Onun fikrincə, belə tədbirlərin həyata keçirilməsi yoluxma sayı azalana qədər davam etməlidir. Əhali isə öz növbəsində bunun onların sağlamlığının qorunmasına yönələn addım olduğuni dərk edərək məhdudiyyətlərin tətbiqi qərarını anlayışla qarşılamalı və ona əməl etməlidirlər.
Dünyada ABŞ, Braziliya, Meksika, Rusiya, İran, Ukrayna və s. ölkələrdə virusa yoluxma və ondan ölüm hallarının sayının artdığını deyən mütəxəssis bildirib ki, sərt karantin rejiminin tətbiqi nəticəsində qonşu Türkiyədə sutkalıq yoluxma hallarının sayı iki dəfəyə yaxın azalıb:
"Hesab edirəm ki, karantin qaydalarının gücləndirilməsi bizim üçün də effektli olar. Əgər insanlar məhdudlaşdırıcı tədbirlərin tətbiqini istəmirlərsə, qaydalara əməl etməlidirlər. Ancaq biz bu gün qaydalara əməl edənlərin sayının çox az olduğunu görürük. Ona görə də dövlət yenidən sərt karantin tədbirlərinin tətbiq etməyə məcbur oldu".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 18 iyun 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xəbərlər bugün apa.az xeberler son xeber az valyuta