Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"

Yekaterinburqda işgəncə görən azərbaycanlı: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda təkcə Səfərovların evlərinə deyil, sahibi olduqları kafeyə də basqın ediblər. 
KONKRET.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Elgiz Səfərov bildirib.
O, iyunun 27-də 30 ildən çox Yekaterinburqda yaşayan Səfərovlar ailəsinə və digər azərbaycanlılara qarşı tətbiq edilən zorakılığın təfərrüatlarını danışıb:
"Bizim evə basqın edib atamı aparıblar, onda mən evdə olmamışam. Atamgili səhərüzü saat 5-də aparmışdılar. Günorta saat 2-də işçilərin vəziyyəti ilə maraqlanmaq üçün kafeyə getdim. Birdən maskalılar kafeyə də basqın etdilər, hamını üzü üstə yerə yıxdılar. Kafeninin mühafizəçisinin gözündən vurublar, indi əməliyyat olunmalıdır. İşçilərdən birinin çənəsini qırdılar. Sonra da başladılar bizi alçaltmağa, təhqir etməyə… Döyə-döyə deyirdilər ki, sizi doğrayıb öldürəcəyik".
Elgiz Səfərov qeyd edib ki, "maskalılar"ın ilk işi kafedəki müşahidə kameralarını sındırmaq olub:
"Kameranın yaddaş kartının yerini tələb etdilər. Kafenin sahibi mənim atamdır. Atamın adı Akif Səfərovdur. Atam Səfərovların böyük qardaşdır. Bu dəqiqə atam da içəridədir, bölmədədir. Aldığım məlumata görə, o biri əmilərimi atamdan daha çox döyüb, işgəncə veriblər. Atamın gözünün qabağında o biri qardaşlarını döyüblər".
Elgiz Səfərov bildirib ki, kafeyə basqın edən şəxslər heç bir sənəd təqdim etməyiblər:
"Müşahidə kameralarını çıxartdırandan sonra bizi döyməyə başladılar. Biləndə ki mən kafenin sahibinin oğluyam, məndən kabab bişirməyi tələb etdilər. Kafedə qab-qacaqları qırdılar. Kabab bişirəndə gəlib arxadan "dubinka" ilə vururdular. Hardasa 2 saat yarım bizi kafedə yerdə uzanıqlı vəziyyətdə saxladılar. Özləri yeyib-içib, bizi yenidən döyüb çıxıb getdilər".
E. Səfərov əmilərindən ikisinin öldüyünü, digərlərinin isə fiziki işgəncələrə məruz qaldığı, qabırğalarının sındırıldığını söyləyib.

Hadisə       Tarix: 29 iyun 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər qarabag valyuta cəbhədən son durum