Yelena Bronitskaya: "Əminəm ki, Arsen Avakov Ukraynanın prezidenti olmayacaq" – MÜSAHİBƏ

Yelena Bronitskaya: "Əminəm ki, Arsen Avakov Ukraynanın prezidenti olmayacaq" – MÜSAHİBƏ Yelena Bronitskaya: "Əminəm ki, Arsen Avakov Ukraynanın prezidenti olmayacaq" – MÜSAHİBƏ
Gürcüstanın sabiq prezidenti, Odessa regional administrasiyasının keçmiş rəhbəri Mixail Saakaşvilinin Ukrayna baş nazirinin müavini vəzifəsinə təyin edilməsi ehtimalı postsovet məkanında (koronavirus xəbərlərindən sonra) müzakirə olunan əsas məlumatdır. Belə bir təyinatın olması ehtimalının müzakirəsi belə artıq diplomatik qalmaqala səbəb olub. Gürcüstan hakimiyyəti Mixail Saakaşvilinin Ukrayna baş nazirinin müavini olacağı təqdirdə Kiyevdəki səfiri Teymuraz Şaraşenidzeni geri çağırmaqla hədələyib.
Ukrayna Ali Radasının Mixail Saakaşvilinin təyinatı məsələsinin müzakirə edilə biləcəyi ilə bağlı iclası aprelin 30-da keçiriləcək. Mixonun özü (onu Ukraynada belə adlandırırlar - red.) təyinatına əmindir, çünki Prezident Vladimir Zelenski ona bu yüksək vəzifəni təklif edib. Lakin Ali Radanın spikeri Dmitri Razumkov isə M.Saakaşvilinin təyin olunmasına şəxsən dəstək verəcəyinə şübhə edir. Onun fikrincə, Saakaşvili olmadan hazırkı komandada kifayət qədər layiqli namizəd var. Öz növbəsində "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Arahamiya bildirib ki, Mixail Saakaşvilinin baş nazirin müavini vəzifəsinə təyin edilməsi üçün bütün sənədlər hazırdır.
Vəziyyəti Media.Az üçün politoloq, Ukrayna Siyasət İnstitutunun daxili siyasət və kommunikasiya departamentinin direktoru Yelena Bronitskaya şərh edib:
- Əvvəllər ölkə rəhbərliyində olmuş bir çox siyasətçiyə qarşı heç nə deyə bilmərəm. Lakin Mixail Saakaşvili ilə bağlı məsələ başqadır. O, artıq Ukraynadakı bütöv bir regiona rəhbərlik edib və biz bunun nələrə gətirib çıxardığını görmüşük. Səs-küy, çoxlu qalmaqal oldu, ancaq ortada iş olmadı. Onun adamlarının olduğu Odessa gömrüyündə, prokurorluqda özbaşınalıq qalır.
Gəlin xatırlayaq ki, Gürcüstanda da hamı ona yaxşı münasibət göstərmir. Prezident Vladimir Zelenskinin yerində olsam, Mixail Saakaşviliyə ümid etməzdim. Qarşıya islahatlar aparmaq tapşırığı qoyulubsa, o zaman bir çox başqa mütəxəssislər də var. Məsələn, keçmiş ədliyyə naziri Yelena Lukaş, keçmiş deputat və siyasi xadim Anna German. Məşhur hüquqşünas Andrey Portnovu da xatırlamaq olar. Onun heç bir hakimiyyət əlaqələri yoxdur, amma keçmiş prezident Pyotr Poroşenko və komandasına qarşı cinayət təqibinin açıla biləcəyi bir çox işi ortaya qoyub.
Prezidentin komandasında yer alan Ali Radanın spikeri Dmitri Razumkov barədə də ayrıca danışmaq olar. Analitik düşüncə sahibi, peşəkar bir siyasətçidir və ölkəmizin ehtiyacı olan islahatlar baxımından çox şeyə nail ola bilər. Bizim hər sahədə ciddi problemlərimiz var.
"Xalqın xidmətçisi" Partiyası və fraksiyasınında Mixail Saakaşvilinin baş nazirin müavini vəzifəsinə təyin olunmasının əleyhdarları çoxdur. Ancaq onun namizədliyinin niyə üzə çıxdığını başa düşürəm. Ukrayna hakimiyyəti "sorosçular"dan xilas olmağa başladı (bizdə Qərbin adamları belə adlandırılır - red.). Ancaq bu, tədricən aparılır. Baş nazir Aleksey Qonçaruk, ardınca İqtisadi İnkişaf naziri Timofey Milovanov getdi.
Ötən həftənin sonunda Vergi Xidmətinin sədri Sergey Verlanov və Gömrük Xidmətinin rəhbəri Maksim Nefedov işdən çıxarıldı. Ədliyyə naziri Denis Malyusko hələ də vəzifəsində qalır. Mixail Saakaşvili Qərbin adamıdır, amma daha təcrübəlidir. Bəlkə də onun təyinatı Ukrayna hakimiyyətinin Qərbə loyallığını göstərməyə kömək edərdi. Ancaq Gürcüstanın sabiq prezidentinin bu vəzifəyə təyin olunacağına əmin deyiləm, baxmayaraq ki, parlamentin qarışıq tərkibini nəzərə alsaq, hər şey mümkündür.
- Bəs diplomatik qalmaqal barədə nə düşünürsünüz, çünki Gürcüstan Mixail Saakaşvilinin təyin olunacağı təqdirdə səfirini geri çağırmağa hazırdır. Ukrayna hakimiyyəti bunu nəzərə alırmı?
- Gürcüstanda Mixail Saakaşviliyə qarşı cinayət işləri açılıb, bəzilərinə əsasən artıq qiyabi məhkum edilib. Odur ki, Gürcüstan səfirinin geri çağırılması olduqca realdır. Rəsmi Kiyevin bunu nəzərə almasını istərdim.
- Məlumdur ki, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakov və Mixail Saakaşvili arasında yumşaq desək, sadə olmayan münasibətlər yaranıb. Eyni zamanda, Arsen Avakov ölkədə çox nüfuzlu şəxsdir. Mixail Saakaşvilinin Arsen Avakova qarşı əks güc olması və məhz buna görə təyin olunması mümkündürmü?
- Arsen Avakov Pyotr Poroşenkonun dövründə hakimiyyətdə olub, vəzifəsini Vladimir Zelenskinin dövründə də qoruyub-saxlayıb. Mixail Saakaşvili Daxili İşlər Nazirliyinin rəhbərinin mövqeyini çətin ki, zəiflətsin.
- Hələ üç il əvvəl Arsen Avakovun prezident olmaq istəyinə dair versiya mövcud idi. İndi Ukrayna mətbuatında onun ölkəni xilas edəcək "diktator" olmaq istədiyi barədə yazırlar.
- Ola bilsin ki, onun belə ambisiyaları var, lakin Arsen Avakovda bunun alınacağını düşünmürəm. Əgər seçəsi olsaq, Ali Radanın hazırkı spikeri Dmitri Razumkov bizim üçün daha uyğun olacaq.
- Sizin Mixail Saakaşvilinin hakimiyyətdə lazım olmadığını, ancaq Arsen Avakovun da prezident olmayacağını hesab etdiyinizi söyləmək olar?
- Məhz belədir. /oxu.az

Siyasi       Tarix: 29 aprel 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber cəbhədən son məlumat bu gunun xeberleri kriminal bugun