Yelo Bank 2025-ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıb

Yelo Bank 2025-ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıbYelo Bank 2025-ci ilin yekununa dair maliyyə nəticələrini açıqlayıb. Rəqəmlərə nəzər yetirdikdə ötən il Bank üçün böyümə və sabit inkişaf ili kimi yadda qalıb. Xüsusilə kredit və depozit portfelində, aktivlərdə və faiz gəlirlərində əhəmiyyətli artım müşahidə olunub. Belə ki:
- 2025-ci ilin sonuna Yelo Bank-ın aktivləri 1 mlrd 515 mln manat təşkil edib. Bu da əvvəlki ilin sonu ilə müqayisədə 18% - 235 mln manatdan çox artım deməkdir.
- Bankın kredit portfeli böyüyüb: 2025-ci il ərzində kredit portfeli 154 mln manat və ya 16% artımla 1 mlrd 89 mln manata yüksəlib.
- Artımın mühüm hissəsini biznes kreditləri təşkil edib: biznes kredit portfeli 15%, yəni 86 mln-dan çox artımla 673 mln manatı keçib. Bank real sektorun maliyyələşdirilməsində aktiv mövqeyini qoruyaraq il ərzində mikro bizneslərə 418 mln manat vəsait ayırıb. İlin sonuna mikrokredit portfelinin həcmi 417,5 mln manat təşkil edib, bu da 2024-cü ilin analoji dövründən 20%, 70 mln manat çoxdur.
- İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədə artıb: il ərzində 26 mindən çox müştəriyə istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə portfelin həcmi 68 mln manat, yəni 20%-lik artımla 415 mln manatı ötüb. 
- Yelo Bank-ın əmanətləri cəlbedici olmağa davam edib: 2025-ci ilin sonunda Bankın əmanət portfeli 1.1 mlrd təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 165 mln manat və ya 18% çoxdur. 2025-ci ildə portfeldəki 11 mindən çox fiziki şəxsin əmanətləri 809 mln manat təşkil edib.
- 2025-ci ildə faiz gəlirləri də artıb. İl ərzində 28 mln manatdan çox - 19% artan faiz gəlirləri 180 mln manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 20 mln manatı ötüb.
- Bankın kapital mövqeyi xeyli güclənib: hesabat dövründə məcmu kapital 175 mln manat təşkil edib, bu da əvvəlki ilin eyni dövründən 18%, yəni 26 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13.62%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9.48% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
- Bankın 2025-ci ildə xalis mənfəəti isə 31.3 mln manat təşkil edib.
Bankın İdarə Heyətinin sədri Anar Həsənov 2025-ci ilin göstəricilərini belə şərh edib: "2025-ci il Yelo Bank üçün dayanıqlı böyümə və sabit inkişaf ili oldu. İlin əvvəlindən qarşıya qoyduğumuz hədəfləri tamamladıq və hətta bəzi göstəricilərdə gözləntiləri üstələyə bildik. Kredit portfelində, xüsusilə biznes kreditlərində müşahidə olunan ikirəqəmli artım real sektorun maliyyələşdirilməsinə verdiyimiz töhfəni gücləndirdi. Əmanətlərdəki yüksəliş isə fiziki müştərilərin Yelo Bank-a güvənərək gələcəklərini bizimlə planlaşdırdıqlarını göstərir. Bu il innovativ bank həllərinin tətbiqi, mövcud xidmətlərimizin daha da rahatlaşdırılması əsas prioritetlərimiz olacaq. İnanırıq ki, 2026-cı il inkişaf imkanları ilə zəngin bir il olacaq və Yelo Bank müştərilərinə daha parlaq bankçılıq təcrübəsi təqdim etməklə bazarda mövqeyini daha da möhkəmləndirəcək."
 Bank xidmətlərinə aid əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
 Yelo Bank – Parlaq bankçılıq! / azxeber.com

İqtisadiyyat       Tarix: 19 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır

İranın Stokholmdakı səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İsveç hökuməti məlumat yayıb. Bildirilib ki, İran səfirliyinin əməkdaşlarından birinə İsveçi tərk etmək tapşırılıb. "İsveçdəki İran səfirliyini

Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda yerli banklarda debet kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı məlumatlar gündəmə gəlib. Azərbaycan Banklar Assosiasiyası (ABA) yayılan məlumatlarla bağlı açıqlama verərək tətbi

AİB nümayəndələri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi sahibkarlarla görüşdü

Bank Respublika-nın beynəlxalq maliyyə təşkilatları ilə uğurlu əməkdaşlığı regionlarda sahibkarlığın inkişafına və bizneslərin maliyyə imkanlarının genişlənməsinə töhfə verməkdə davam edir. Asiya İnkişaf Bankının (AİB) Direktorla

"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR

23 sentyabr tarixində "27 sentyabr – Anım Günü"nə həsr olunmuş "Bir damla qan, min ümidə can" devizi ilə keçirilən qanvermə aksiyasının ilk ünvanı Lənkəran-Astara bölgəsi olub. xəbər verir ki, aksiya çərçivəsind

Azərbaycanda hərbçilərin maaşı artırılır

Azərbaycanda hərbçilərin maaş və pensiyası artırılır. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı qanunvericiliyə dəyişikliklər edilir. Dəyişikliklər layihəsi Milli Məclisə daxil olub və Müdafiə, təhlükəsizlik və korrupsiy

"Kristal"da mənzil almaq üçün yeni şərtlər: kreditdə faizlər endi

"Kristal" layihələrindəkredit şərtləri yeniləndi: illik 8%-dən başlayan imkan. "Kristal"ın layihələrində tikintisi davam edən mənzillərüzrə kredit şərtləri yenilənib. Yeni şərtlərə əsasən, mənzillər illi

"Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı

Nərimanovda yeni mənzillər satışa çıxarılıb: premiumtəmirli mənzil axtaranlar üçün geniş seçimlər. Nərimanovda yeni mənzil almağı düşünürsənsə, bu mərhələniqaçırma. Şəhərin mərkəzində yerləşən yeni yaşayış kompleksində müxtəli

Dünyada dizel böhranı: Qiymətlər artır, inflyasiya təhlükəsi yaranır

Fransada dizel yanacağının qiyməti rekord həddə çatıb. Ölkədə yanacağın bir litrinin qiyməti 2,41 avroya yaxınlaşıb. Bahalaşmanın əsas səbəbi kimi isə Hörmüz boğazının bloklanması fonunda yaranan təchizat problemləri göstərilir


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeber xeberler az cəbhədən son xəbərlər 2026 xeberler bugun