"Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir.
Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların ali təhsilə hazırlığına, şəxsi və peşəkar inkişafına, gələcək karyera seçimlərinə dəstək olmaqdır.
Proqramın ikinci ilində daha altı iştirakçı ali məktəbə qəbul olub. Məryam Rzayeva ADİU-da statistika, Zərifə Əbdülxalıqova Qarabağ Universitetində biologiya, Şəbnəm Zülfiyeva BSU-da tərcüməçilik, Aynur Şıxverdiyeva ADPU-da məktəbəqədər təhsil, Zeynəb Kərimli və Nəzrin Abbasova isə Qərbi Kaspi Universitetində su bioehtiyatları və akvakultura ixtisasları üzrə təhsil alacaqlar. Binə, Buzovna, Qusar və Ağcabədidən olan gənclərin dördü ödənişsiz əsaslarla, ikisi isə Bir ekosisteminin dəstəyi ilə təhsil alacaq.
"Qızların təhsilinə sərmayə yatırmaq, əslində, gələcəyə edilən investisiyadır", – deyə Bir ekosisteminin rəsmi nümayəndəsi Fərid Hidayətzadə gənclərlə görüşdə bildirib. "Bizim üçün "Arzumuz var!" təkcə təhsil imkanının yaradılması deyil. Bu, qızların potensialını kəşf etməsi, müstəqil qərarlar verməsi və cəmiyyətdə öz yerini inamla tutması üçün yaradılmış güclü bir platformadır. İnanırıq ki, bugünkü imkanlar sabahın daha intellektual və hazırlıqlı nəslini formalaşdıracaq".
Daha sonra çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, qurumun bu istiqamətdəki fəaliyyətinə diqqət çəkib: "Dövlət Komitəsi olaraq tərəfdaşlarımızla birgə 2021-ci ildən etibarən "Qızların təhsilinə dəstək" layihəsini uğurla həyata keçiririk. Əsas məqsədimiz yüksək potensiala malik qızlarımızın ali təhsilə əlçatanlığını təmin etməkdir. Bu gün həmin layihənin önəmli qolu olan - Bir ekosistemlə birgə həyata keçirdiyimiz "Arzumuz var" proqramı çərçivəsində tələbə adı qazanan bütün qızlarımızı təbrik edir, onlara təhsil həyatlarında davamlı uğurlar arzulayıram". 
"Arzumuz var!" proqramının dəstəyi qızların universitetə qəbul olunması ilə yekunlaşmır. Təqaüdçülər il ərzində mentorluq dəstəyi alır, stresin idarə olunması, ictimai nitq və vaxtın idarə edilməsi kimi mövzularda təlimlərə qatılırlar. Rəqəmsal bacarıqlarını inkişaf etdirmələri üçün zəruri texniki imkanlarla təmin olunan iştirakçılar real iş mühiti ilə də tanış olmaq imkanı əldə edirlər. Növbəti mərhələdə dəstək tədbirlərinin qızların şəxsi və peşəkar inkişafına yönəldilməsi nəzərdə tutulur. Onların yeni bacarıqlar qazanması, təcrübə proqramlarında iştirak etməsi və gələcək peşə seçimlərini maraq və bacarıqlarına uyğun daha inamla formalaşdırması üçün imkanlar yaradılacaq.
Hazırda proqramın İsmayıllı, Qax, Lənkəran, Qusar və Xocalıdan olan daha yeddi iştirakçısı növbəti ilin qəbul imtahanlarına hazırlaşır. Ötən il tələbə adını qazanan beş gənc isə artıq universitetdə ikinci təhsil ilinə başlayıb və Bir ekosistemi onların təhsil və inkişaf yolunda dəstəyini davam etdirir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az   / azxeber.com

İqtisadiyyat       Tarix: 17 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir

Azərbaycanda daha bir cərimənin məbləği azaldılır. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Dəyişikliy

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Azercell-in dəstəyi ilə keçirilən "AWS Agentic Football Cup" turnirində iştirakçıların hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında müstəqil qərarlar qəbul edib. Bu dəfə futbol meydanında qərarlar

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN

Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. -a istinadla xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?

Bakıda bazarlarda meyvə-tərəvəzin qiyməti artıb. Bahalaşma bölgələrdən də yan keçməyib. Məhsulların alış qiymətinin yüksək olması onların alıcılara da baha təklif edilməsinə səbəb olur. Bazarlarda mövsümi məhsullar bol ols


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xeberler bugun 2026 canli bu gunun xeberleri novruz bayramı