Azərbaycanda hərbçilərin maaşı artırılır
Azərbaycanda hərbçilərin maaş və pensiyası artırılır.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı qanunvericiliyə dəyişikliklər edilir.
Dəyişikliklər layihəsi Milli Məclisə daxil olub və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 25-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Layihə bir sıra qanunlara dəyişikliklər edilməsini nəzərdə tutur. Məqsəd hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır.
Hərbi ekspert Ədalət Verdiyev də bildirib ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının maaş və pensiyaları qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılır.
"Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət ki, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq. Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq. Müdafiə Nazirliyinin hərbçilərinin maaşları orta hesabla 25%-ə yaxın və daha çox artır. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70%-ə qaldırılır. Müdafiə Nazirliyinin hərbçilərinin pensiya təminatı mexanizmi də təkmilləşir və tam rəqəmsallaşdırılır.
Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində bu, lap yerinə düşəcək.
Güclü sosial təminat Müzəffər Ordumuzun haqqıdır ki, var!", - Ə.Verdiyev vurğulayıb. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
İlham Əliyev Türkiyəyə səfərə gəlib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Prezident polşalı həmkarına məktub göndərdi
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
İllik 26 milyon avro maaşdan imtina edir
Arsen Venger FIFA prezidenti ola bilər
Türkiyə Ermənistanla sərhədi açır?
Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın
Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb
Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı
İzmirdə fabrikdə güclü partlayış: ölənlər var
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir