Yelo Bank artıq Qəbələdə! - Fotolar

Yelo Bank artıq Qəbələdə! - FotolarYelo Bank regionlarda xidmət şəbəkəsini genişləndirməyə davam edir.
Bank bu dəfə Qəbələdə yeni rəqəmsal filialını istifadəyə verdi.
Bankın digər filialları kimi "Parlaq Bankçılıq" şüarına uyğunlaşdırılmış Qəbələ filialı yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri imkanlara malikdir. Ənənəvi filiallardan fərqli olaraq burada bütün əməliyyatlar xəzinə olmadan, aparatlar vasitəsilə aparılır. Filialda nağd pul, biznes kreditləri, Yelo debet kart və digər məhsulların sifarişi ilə bərabər, fasiləsiz rejimdə hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür.
Mədaxil və məxaric əməliyyatları üçün filialın 24/7 xidmət sahəsində quraşdırılmış yeni nəsil ATM və terminalı damüştərilərin istifadəsindədir. Filialın açılışı ilə bağlı Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov Parlaq bankçılığı Qəbələ sakinlərinə təqdim etməkdən şad olduğunu bildirib: 
"Müştərilərə daha çevik və keyfiyyətli xidmət göstərmək üçün nəinki məhsullarımızı, eləcə də filiallarımızı da rəqəmsallaşdırırıq, Qəbələ filialı bu il regionlarda istifadəyə verdiyimiz sayca 3-cü filialdır. Xidmət şəbəkəmizin, xüsusilə, regionlarda genişləndirməyimizdə əsas məqsəd ölkənin real sektoruna hərtərəfli dəstək olmaqdır. Qəbələdə də sahibkarlığın inkişafı üçün geniş potensial var. İlin sonunadək ölkənin digər bölgələrində də eyni konseptdə filialları açmağı planlaşdırırıq".
Yelo Bank-ın yeni filialı Qəbələ şəhəri, Nizami Gəncəvi küçəsi 1 ünvanında fəaliyyət göstərir. Bank xidmətləri, o cümlədən, kredit, xaricə köçürmələr və depozit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank artıq Qəbələdə! - FotolarYelo Bank artıq Qəbələdə! - FotolarYelo Bank artıq Qəbələdə! - FotolarYelo Bank artıq Qəbələdə! - Fotolar

İqtisadiyyat       Tarix: 08 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber az sonxeberler valyuta maşın realiti şou