Yelo Bank-da ESG mövzusunda tədbir keçirilib
Hazırda ESG (Ətraf mühit, sosial və idarəetmə) prinsipləri bütün dünyanın, o cümlədən ölkəmizin diqqət mərkəzindədir. Bu məqsədlə Yelo Bank AmCham Azərbaycanın Bank, Maliyyə və Sığorta (BFI) Komitəsinin təşkilatçılığı ilə ESG mövzusuna həsr olunmuş tədbirə ev sahibliyi etdi. "Dayanıqlı Maliyyə: ESG prinsiplərinin maliyyə sahəsində tətbiqi" başlığı ilə keçirilən tədbir bank, maliyyə və sığorta təşkilatlarında çalışan mütəxəssisləri bir araya gətirdi. Yelo Bank-ın İdarə heyətinin sədr müavini və AmCham BFI Komitəsinin sədri Günay Cəlilova tədbirin açılış nitqini edərək iştirakçıları salamladı və müzakirələrin gündəliyi haqqında qısa məlumat verdi. Tədbirdə ESG üzrə qlobal ekspert Deniz Erkus, IFC-də ESG məsləhətçi qrupunun rəhbəri Boris Janjalia, BMT-nin rezident əlaqələndirici ofisinin iqtisadçısı Hürşid Rüstəmov və Azərbaycan Mərkəzi Bankının baş iqtisadçısı Səmra Talışinskaya-Abbasova spiker qismində çıxış ediblər.
Hər bir spiker ESG prinsiplərinin biznes strategiyasında əhəmiyyəti, davamlı maliyyə alətlərinin tətbiqi, o cümlədən qlobal təcrübə və gələcək planlar haqqında individual təqdimatlarla çıxış etdilər. Tədbir çərçivəsində keçirilən paneldə Deniz Erkusun moderatorluğu altında spikerlər mövzunun davamını birlikdə müzakirə etdilər. Tədbirin iştirakçıları sual-cavab sessiyası zamanı spikerlərlə fikir mübadiləsi aparmaq imkanına sahib oldular. Qeyd edək ki, bu tədbir Yelo Bank, AmCham Azərbaycan, BMT Azərbaycan və Azərbaycan Mərkəzi Bankının birgə tərəfdaşlığı ilə həyata keçirilib.
Yelo Bank-ın tədbirdə göstərdiyi təşəbbüsdə əsas məqsədi yerli və xarici ekspertləri bir araya gətirməklə ESG və dayanıqlı maliyyə üzrə mühüm mövzuların müzakirəsi nəticəsində növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə verməkdir.
İpoteka kalkulyatoru, onlayn ipoteka sifarişi və güzəştli ipoteka haqqında suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!







/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır