Yelo Bank-da ilk 'Yelo İnvestisiya Paneli' keçirildi - FOTOLAR
İnvestisiya dünyası əslində hər birimiz üçün yeni imkanlar və fərqli bir gələcək deməkdir. Yelo Bank əməkdaşlarının bu sahədəki biliklərini artırmaq və onlara yeni maliyyə üfüqləri açmaq məqsədilə ilk Yelo İnvestisiya Paneli tədbirini keçirib.
Tədbirin əsas hədəfi investisiya haqqında olan miflərə son qoymaq və hər kəs üçün əlçatan yolları göstərmək idi. Tədbirdə ölkənin aparıcı maliyyə qurumlarının ekspertləri öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.
Müzakirələrin təməlini Bakı Fond Birjasının nümayəndələri Fərhad Mansurov və Nigar Ağahüseynova qoyaraq, ölkədə mövcud olan investisiya mühiti və birja ticarətinin incəlikləri haqqında ətraflı məlumat veriblər. İnvestisiya alətlərinin çeşidləri və gəlir gətirən imkanlar barədə isə "Unicapital"ın direktoru Tofiq Həsənov çıxış edərək, iştirakçılara hansı vasitələrlə qazanc əldə etməyin yollarını izah edib.
Nəzəriyyəni real təcrübə ilə birləşdirən "SOCAR Capital"ın Baş investisiya direktoru Tolqa Kotan, illərin praktiki addımlarına əsaslanan çıxışı ilə investisiya yolunda qarşıya çıxan çağırışlardan və uğurlu strategiyalardan bəhs edib. Tədbirin ana mesajı isə Yelo Bank-ın Baş məhsul sahibi Elsevər Quliyevin təqdimatında öz əksini tapıb: "İnvestisiya: Pul işləsin, sən yox".
Təqdimatlardan sonra tədbir daha dinamik müstəviyə – ekspertlərin panel müzakirəsinə keçid alıb. Paneldə Tolga Kotan (SOCAR Capital), Tofiq Həsənov (Unicapital) və Fərhad Mansurov (Bakı Fond Birjası) bir araya gəliblər. Bu bölümdə spikerlər öz praktik addımlarını və illərin sınağından keçmiş strategiyalarını iştirakçılarla bölüşərək, investisiyaya başlamaq istəyənlərin aktual suallarını canlı şəkildə cavablandırıblar.
Yelo Bank müştərilərinin maliyyə savadlılığını artırmaq və onlara parlaq gələcək qurmaqda dəstək olmaq üçün bu növ maarifləndirici tədbirləri davam etdirəcək.
Bankdan online tez kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!







/ azxeber.com

Mixalkov Azərbaycana qarşı: Qusmanı "beşinci kolon" elan etdi
Şəhid atası vəfat etdi - Fotolar
Ukrayna müharibənin başlanğıcından bəri ən güclü mövqeyindədir
İlham Əliyev Maldiv prezidentinə məktub ünvanladı
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
"Çirkin"in aktyoru nişanlandı - Foto
Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv etdi
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Paşinyana kritik zəng gəldi: əsl kino başlayır
Türkiyədə hakim partiyanın yerli təşkilat rəhbəri qohumları ilə birlikdə güllələnərək öldürülüb
Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO
7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?
İngiltərədən İrana savaş mesajı verildi: "Hazırıq!"
İsveç MI6 modelinə bənzər yeni xarici kəşfiyyat xidməti yaradacaq