Yelo Bank-dan 'Özünüməşğulluq' proqramına növbəti dəstək

Yelo Bank-dan 'Özünüməşğulluq' proqramına növbəti dəstəkYelo Bank aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq məqsədilə vətəndaşlara şəxsi biznesini qurmaq üçün dəstək olur. Bank bu dəfə "Özünüməşğulluq" layihəsi çərçivəsində Naftalan, Gəncə və Tovuzda sahibkarlara kiçik biznesləri üçün xüsusi avadanlıqlar hədiyyə edib.
Naftalan sakini Zenfira Haqverdiyeva uzun müddətdir, un məmulatları istehsalı üzrə öz işini qurmaq arzusunda idi. Hazırladığı və dadına baxan hər kəsin bəyəndiyi şirniyyatlar onu öz məkanını açmaq üçün həvəsləndirirdi. Zenfiranı arzusuna çatdıran Yelo Bank onu lazımi avadanlıqlarla təmin etdi. Həvəslə başladığı bu işi indi bir sahibkar kimi davam etdirəcək və tezliklə biznesini böyüdəcək.
Layihənin sevindirdiyi növbəti vətəndaş isə Gəncə sakini Gülnarə İsrafilova oldu. Qadın salonu açmaq və xanımlara gözəllik bəxş etmək arzusunda olan Gülnarəyə planlarını gerçəkləşdirə bilməsi üçün lazım olan bütün avadanlıqlar hədiyyə edildi. Potensial sahibkarlar arasında xanımların xüsusi yer alması çox sevindiricidir. Beləliklə, Yelo Bank ölkəmizdə qadın sahibkarlığının inkişafına da öz töhfəsini verir.
Kiçik dülgər sexi açmaq istəyən Tovuz sakini Ələsgər Vəliyev də layihədən töhfə alan vətəndaşlardan biridir. O, öz işini qurmaq və daha da inkişaf etdirmək üçün lazım olan bütün material və avadanlıqlarla təmin olundu.
Qeyd edək ki, "Özünüməşğulluq" proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən, həssas qruplara aid vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Yelo Bank olaraq hər zaman sosial layihələrin reallaşdırılmasına xüsusi həssaslıqla yanaşırıq. Belə ki, "Özünüməşğulluq" proqramına ilk qoşulanlardan olan bankımız bu layihənin uğurla həyata keçirilməsi üçün dəstək göstərməyə davam edəcək.
Bank xidmətləri, həmçinin, mikro biznes krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya  Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq! / azxeber.com

İqtisadiyyat       Tarix: 05 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər az son xəbərlər azərbaycanda en son xeberler bu gun ensonxeberler