Yelo Bank-ın aktivləri 287 mln manat artıb

Yelo Bank-ın aktivləri 287 mln manat artıbYelo Bank 2022-ci ilin 4-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.Bank əsas maliyyə göstəriciləri üzrə ilin əvvəlindən başlatdığı müsbət artımdinamikasını son rüb də davam etdirib.
azxeber.com xəbər verir ki, Bankın aktivləri bir il ərzində 287 mln manat artaraq 821 mln manatı keçib.
Bankın uzun müddətdir ki, kredit portfeli üzrə inkişafı uğurla davam etdirilir.Ümumi portfel il ərzində 176 mln artaraq 622 mln manata çatıb. Bankınmissiyasına uyğun olaraq kredit portfelinin mühüm qismini real sektorun maliyyələşməsitəşkil edir. 2022-ci il ərzində Yelo Bank tərəfindən 19 mindən çox bizneskrediti verilib ki, nəticədə biznes kredit portfeli 137 mln, yəni 53% artaraq396 mln manata yüksəlib.
Dördüncü rüb ərzində 5000-dən çox müştəriyə 46 mln manat istehlakkrediti verilib, nəticədə bu istiqamət üzrə kreditportfeli il ərzində 22%, yəni 39,9 mln artımla 220 mln manatı ötüb. Bu satışın30%-i, eləcə də portfel artımının 49%-i onlayn kanallar vasitəsilə həyatakeçirilib.
Bankın əmanət portfelində də nəzərə çarpan artım var. Bu isə Yelo Banka olaninam və etibarın göstəricisidir. Belə ki, 2022-ci il ərzində 10 mindən çox müştəri öz əmanətlərini Yelo Bank-aetibar edib və nəticədə ümumi əmanət portfeli 62% artımla 572 mln manatıötüb. Cəlb olunan əmanətlərin arasında yeni müştərilərin sayının da sürətləartması Bankın həm xidmət keyfiyyəti, həm şərtlər baxımından əlverişli olduğunugöstərir. 
Eyni zamanda hesabat dövrü üzrə Bankın faiz gəlirləri 86 mln manat olub. Bu isə2021-ci il ilə müqayisədə 23 mln manat daha çoxdur. Qeyd edək ki, Bank ili 5.2mln manat xalis mənfəətlə başa vurub.
Hesabat dövrünə Bank-ın məcmu kapitalı 93 mln manatı ötüb. Bu darequlyativ tələbdən 43 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı13.13%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.84% olmaqla, hər ikigöstərici üzrə tələb olunan normanı üstələyir.
Qeyd edək ki, 2022-ci il ərzində Yelo Bank xidmət şəbəkəsini genişləndirib.Regionlarda bir neçə filial açılıb, mövcud filiallar isə təkmilləşdirilib. Yeniistifadəyə verilən filialların əksəriyyəti rəqəmsal konseptlidir. Beləkonseptli filialların əsas məqsədi bank əməliyyatlarını çevik və rahat şəkildəmüştərilərə təqdim etmək, həmçinin, nağdsız ödənişlərin stimullaşdırılmasınatöhfə verməkdir.
Bankın parlaq uğurları bununla bitmir. Nağdsız əməliyyatlarınstimullaşdırılması istiqamətində Bank ötən il ərzində innovativ yeniliklər və xidmətlər təqdimedib. Nəticədə 2022-ci ildə Bankın nağdsız ödəmə dövriyyəsi ötən illə müqayisədə 70%-dək çoxalıb. Müştərirahatlığı üçün bir sıra rəqəmsal yeniliklər də gətirilib. Məhz buna görə Markswebb konsaltinq agentliyi tərəfindən MobileBanking Day Baku konfransında 1000 kriteriya üzrə dəyərləndirilmiş Yelo App ənrahat mobil tətbiq seçilib. Yelo Bank2023-cü ildə də bank sektoruna parlaq yeniliklər gətirməyə davam edəcək.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin vəya Facebook,Instagram və ya Whatsapphesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!

İqtisadiyyat       Tarix: 26 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri beynelxalq bank mezenne cəbhədən görüntülər iqtisadiyyat xeberleri bugun