Yelo Bank regionlarda sahibkarlığa dəstək olur

Yelo Bank regionlarda sahibkarlığa dəstək olurKorporativ Sosial Məsuliyyətinə strategiyasına sadiq qalan Yelo Bank həssas əhali qrupuna dəstəyini davam etdirir. Bank ötən həftə Özünüməşğulluq layihəsi çərçivəsində müxtəlif regionlarda aztəminatlı ailələrin şəxsi biznes arzularını gerçəkləşdirdi.
azxeber.com xəbər verir ki, Bank dərziliyə həvəsli, lakin maddi cəhətdən imkanları məhdud olan Ağdam sakini Həsənov Ələddinə kiçik dərzi sexi üçün lazım olan bütün avadanlıqları təqdim etdi. Yelo Bankın dəstək olduğunu növbəti vətəndaş isə Ağcabədidə yaşayan Səməd Orucovdur. O da həmişə avtotəmizləmə xidməti ilə məşğul olmaq istəyib. Bankın dəstəyi ilə o artıq bu xidmət üzrə şəxsi biznesini quracaq. Salyanda yaşayan Dilarə Abdullayeva Bankın dəstək olduğu növbəti sahibkarlardan biridir. Bank, un məmulatları istehsalatı üçün lazım olan bütün avadanlıqları təqdim etməklə Dilarə xanıma da öz şəxsi biznesini qurmağa şərait yaratdı. Beləliklə, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində Yelo Bank öz töfhəsini verməyə davam edir. 
Qeyd edək ki, Yelo Bank cari layihədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memoranduma əsasən iştirak edir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmənnasız təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır. Yelo Bank cari ilin sonunadək daha bir neçə vətəndaşa dəstək olacaq.
Avtomobil krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. 
Yelo Bank – Parlaq bankçılıq!

İqtisadiyyat       Tarix: 31 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xeberler sou xeberler bugun hava haqqinda xeberler bu gun