Yelo IT Lab proqramı yekunlaşdı - FOTO

Yelo IT Lab proqramı yekunlaşdı - FOTOYelo Bank mütəmadi olaraq gənclərin peşəkarlar kimi yetişdirilməsi üçün müxtəlif layihələr reallaşdırır. Sürətlə inkişaf edən İT sahəsi üzrə mütəxəssislərə tələbin hər gün daha da artmasını nəzərə alan Yelo Bank-ın başladığı "IT Lab" proqramı yekunlaşıb. 
Layihə çərçivəsində İT sahəsinə marağı olan və gələcək karyerasını bu istiqamətdə qurmaq istəyən potensiallı 35 gənc üç ay ərzində nəzəri biliklər əldə etməklə yanaşı, "Agile" metodologiyasında real iş mühiti ilə də tanış oldular. 
Proqram maliyyə və İT üzrə 20 ildən çox beynəlxalq təcrübəyə malik «GNI Software» şirkəti ilə birgə həyata keçirilib. Proqramın birinci hissəsində Yelo Bank-ın və «GNI Software» şirkətinin ixtisaslı komandası tərəfindən sahə üzrə zəruri olan nəzəri təlimlər keçirilib. Proqramın ikinci hissəsində isə öyrənilmiş biliklərin tətbiqinə xüsusi şərait yaradılıb. İştirakçılar Bankın fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, müasir korporativ mühitlə yaxından tanış olublar. 
Proqramın sonunda keçirilən bağlanış tədbirində bütün iştirakçılar sertifikat və tövsiyə məktubları ilə təltif edilib. Qeyd edək ki, proqramın ən fəal iştirakçıları Bankın müvafiq departamentlərində işlə təmin olunacaqlar. Onlardan biri olan Aysu Tağızadə layihə haqqında öz fikirlərini bölüşdü: "Yelo IT Lab ilk qatıldığım təcrübə proqramıdır. Hər zaman mehriban və gəncləri irəli aparan komanda sayəsinsə SQL-i sıfırdan öyrəndim. Yelo Bank-ın təmin etdiyi
bütün imkanları dəyərləndirdim, nəticədə karyeramın ilk fürsətini qazandım."
Digər iştirakçı, eyni zamanda proqramı fərqlənmə ilə tamamlayan Şərəbiddin Əhməyev də təəssüratlarını belə ifadə etdi: "Proqrama seçildiyimdə təməl biliklərə sahib idim. Buradakı professional iş mühiti sayəsində biliklərimi artırdım, həm də praktiki olaraq inkişaf etdirdim. Yelo Bank-da ən müsbət cəhətlərdən biri boş vaxtlarımı səmərəli dəyərləndirə bilməyim üçün istirahət zonalarının mövcudluğu idi. Şadam ki, hazırda parlaq Yelo ailəsinin bir üzvüyəm."
Abuzər Kərimzadə də Yelo IT Lab sayəsində iş imkanı əldə etmiş gənclərdən biridir: "Peşəkar heyət 3 ay boyunca proqram materialını tam informativ çatdıra bildi. Bura netvörkinq üçün əla fürsətdir. Ən əsası proqram boyunca bizim istəklərimiz dinlənilir və nəzərə alınırdı. Kollektivin gənclərə isti yanaşması, mentorların xüsusi diqqətindən aldığım motivasiya sayəsində bu gün Yelo Bank üzvüyəm. Təşkilatçılara ürəkdən təşəkkür edirəm."
Qeyd edək ki, Yelo Bank gənclər üçün ilin sonunadək daha bir neçə karyera layihələrinin həyata keçirilməsi planlaşdırılır. Gələcək layihələrlə bağlı ətraflı məlumat üçün sosial şəbəkələrdə Yelo Bank və Yelo Team səhifələrini izləyə bilərsiniz. 
Bank xidmətləri, o cümlədən avto kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo IT Lab proqramı yekunlaşdı - FOTOYelo IT Lab proqramı yekunlaşdı - FOTOYelo IT Lab proqramı yekunlaşdı - FOTOYelo IT Lab proqramı yekunlaşdı - FOTOYelo IT Lab proqramı yekunlaşdı - FOTO/ azxeber.com

İqtisadiyyat       Tarix: 28 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabarlar cəbhədən son xəbər cəbhədən şad xəbər xeber az