Yemək yedikdən sonra özünüzü pis hiss edirsinizsə... - Həkimdən VACİB XƏBƏRDARLIQ
Çox vaxt yemək yedikdən sonra xoşagəlməz hisslər, bəzən hətta ağrılı hallar olur. Qəbizlik, şişkinlik, ümumi zəiflik və digər problemlər səhv qidalanma ilə bağlı ola bilər. Bu problemlərdən xilas olmaq üçün qida rasionunu necə dəyişmək olar?
Milli.Az xəbər verir ki, məşhur həkim, "Sağlam yaşamaq" verilişinin aparıcısı Yelena Malışeva yeməkdən sonra özünü pis hiss etməyin səbəblərini açıqlayıb.
Qarın şişkinliyi
Bəzən nahardan bir neçə saat sonra mədədə gurultu başlayır və şişir. Bəlkə də bu, laktoza qarşı dözümsüzlükdən qaynaqlanır. Bu, allergiya deyil. Mümkündür ki, bədəninizdə süd şəkərini həzm etmək üçün laktaza fermenti yoxdur. Süd digər məhsulların əsas tərkib hissəsidir, məsələn, demək olar ki, bütün qənnadı məmulatları.
Bu halda nə etməli? Bütün süd məhsulları və ağartı məhsullarını rasiondan iki həftəlik çıxarın. Əgər problem laktoza deyilsə, şişkinlik sizi narahat etməyəcək.
Yeri gəlmişkən, ağartı məhsullarını demək olar ki, həmişə istifadə etmək olar. Laktoza onlarda emal olmuş haldadır. Ancaq adi südü, aşağı laktozalı ilə əvəz edə bilərsiniz.
Qəbizlik
Qəbizliyin yaranmasının səbəbləri müxtəlifdir. Ancaq makoron, çörək, kökə və s. karbohidrat məhsullarına üstünlük verən insanları qəbizlik daha çox vaxt yorur. Bu məhsullardan demək olar ki, bütün maddələr əmilir və orqanizmdə həzm edilməyən qalıq kimi qalır, nə qədər gücənsən də faydası yoxdur.
Nə etməli? Rasiona lifli taxıl məhsulları, göyərti, xiyar-pomidor, kərəviz və kəpək daxil edin. Gündəlik tələbatı ödəmək üçün 30 qram qarğıdalı kəpəyi yemək kifayətdir. Buğda və yulaf isə daha kalorili olur.
Yeməkdən sonra zəiflik və yorğunluq
Bu, əlamətlər anemiyaya işarə edir. İnsanlar tez-tez nar, alma və qarabaşaq sayəsində problemi xalq üsulları ilə həll etməyə çalışırlar. Amma tamamilə faydasızdır. Qan azlığından əziyyət çəkən insanlar üçün ən effektiv vasitə ət məhsullardır. Çünki məhz onlarda bu xəstələrə lazım olan kifayət qədər dəmir mövcuddur. Xüsusilə mal əti qaraciyəri dəmirin ən zəngin mənbəyidir.
Nə etmək lazımdır? Qan testlərində dəmir azlığı və ya hemoqlobin varsa, qida rasionuna müntəzəm olaraq ət, qaraciyər də daxil edin. Vegetariansınızsa, həkiminizdən resept dəmir tabletləri istəyin. (publika.az)
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ