Yeməkdən sonra mədədə ağırlıq varsa... - Nə etməli?

Yeməkdən sonra mədədə ağırlıq varsa... - Nə etməli?Bir az yemək yedikdən sonra mədədə, qarında ağırlıq əslində orqanizmin normal halı ola bilər. Amma bu ağırlıq tez-tez baş verirsə, insanı narahat edirsə, deməli, bu vəziyyətə səbəb olan problemlər var.
Hansı halda mədədə ağırlıq, sallanma, şişkinlik hissi normaldır, hansı halda isə həkimə, müayinə və müalicəyə getmək lazımdır.
Milli.Az bildirir ki, medicina.az son zamanlar əhalidə çox rast gəlinən mədədə hədsiz ağırlıq və şişkinliyin səbəblərini araşdırıb.
Əgər yeməkdən sonra şişkinliklə yanaşı bu əlamətlər olursa:
- Gəyirmə
- Mədə yanması
- Qarında köp
- Ağızdan, udlaqdan pis qoxu
- Yuxululuq
- Qarında yayılan sancı
- Bir yer tapa bilməmək
- Tənəffüsün çətinləşməsi
- Yüngül ürəkbulanma
- Gərginlik
Burda əsas diqqət yetirilməli məqam odur ki, bu hallar maksimum 1 saat ərzində keçməlidir. Əgər saatlarla və günlərlə keçmirsə, deməli, məsələ çox yeməkdə deyil, təcili qastroenteroloq terapevtə müayinəyə getməlisiz.
Əgər mədədə ağırlıqla yanaşı:
- Nəfəs alma və udmada çətinlik varsa
- Mədədən qanlı qusma gəlirsə
- Nəcisdə qan izi varsa
- Hərarət qəfildən 38 dərəcəyə qalxıb enmirsə
- Döş qəfəsində ağrı varsa, təcili yardım çağırın
Mədədə ağırlıq və şişkinliyin səbəbləri:
- Bir oturuma çox yemək, ağır, yağlı, quru yeməklər, bir sözlə qidaya bağlı hər şey
- Tez-tez danışaraq, hava udaraq yemək
- Qidanı yaxşı çeynəməmək
- Gec həzm olunan ərzaqlar, məsələn bərk ət, qazlı içki, şirniyyat, çiy tərəvəzlər
- Qida allergiyaları
- Diafraqmada qida borusu yırtığı
- Pankreatit
- Ezofaqeal reflüks
- Ezofagit
- Peptik xoralar
- Mədə yaraları, qastrit, şişləri
Yeməyə bağlı ağırlığı azaltmaq üçün kömür tableti, limonli ilıq su içmək olar.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 14 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi xabarlar sonxeber az son.xeberler