Yenə zəlzələ olacaq? - Qurban Yetirmişlidən açıqlama
"Qorxulu heç nə yoxdur. Xırda təkanlar olacaq. Ancaq bu qədər güclü olmayacaq".
azxeber.com xəbər verir ki, bunu News24.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
"Zəlzələ dənizdə baş verib. Yeraltı təkanlar Siyəzəndən şimal-şərqə doğru, Qubadan eyni istiqamətdə bütün sahil boyu yaşayış məntəqələrinin hamısında hiss olunub. 5-6 bal gücündə olub. Dərinliyi isə 65 kilometrə qədərdir. Bundan sonra qorxulu nəsə yoxdu. Xırda təkanlar ola bilər. Amma afterşoklar bu gücdə olmayacaq, daha zəif olacaq. Afterşoklar olmalıdır. Türkiyədə zəlzələ baş verən bölgələrdə xırda təkanlar hələ də davam edir", - Q.Yetirmişli qeyd edib.
Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi