"Yengə" İrəvana əliboş qayıtdı
"Yengə" İrəvana əliboş qayıtdı
Kubra Məhərrəmova yazır...
Yengə bizim cəmiyyətdə birmənalı qəbul olunsa da, türklərdə qadına müraciət kimi istifadə olunur. Bu qadın qohum da ola bilər, yad da. Sözüm onda deyil.
İndi hər iki mənada ermənilərin yengəsi olan Rusiya sülhməramlı qüvvələrinin rəhbəri general-leytenant Rüstəm Muradov dünən gecə Bakıdan təyyarə ilə İrəvana uçub.
İrəvan hava limanına enən təyyarədə isə ermənilər Azərbaycanın silahlı qüvvələri tərəfindən zərərsizləşdirilən erməni terrorçularını gözləyirmiş. Qeyd edim ki, bu terrorçular və ya silahlı şəxslər 10 noyabr üçtərəfli razılaşma imzalandıqdan sonra bizim hərbçilər tərəfindən ələ keçirilib. Yəni bütün hallarda bu diversantlar hərbi əsir hesab olunmur. Onlar terrorçudur. Və Azərbaycan qanunlarına görə məhkəmə qarşısına çıxarılacaq. Qanunla mühakimə olunacaqlar.
Rəsmi Bakı heç bir bəyanat vermədən İrəvan nəyə görəsə gecənin bir aləmi bir təyyarə azad olunan cinayətkarı gözləyirmiş. Və dünən gecədən bütün erməni "Telegram" kanalları bu xəbəri tirajlayıb. Xəbəri isə ictimaiyyətə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan bildirib. Ermənilər də zurna-davulla gediblər qarşılama mərasiminə. Və sürpriz. Təyyarədən Rüstəm çıxıb. Özü də əliboş.
Sonra da deyirlər ki, rəsmi Bakı sərt mövqe ortaya qoymur, güzəştə gedir. Bu boyda mövqeyə sərt demək həqiqətən də çətindir, bu dəmir mövqedir. Bu regionda söz sahibi olmaq deməkdir. Bu Rüstəmi tək təyyarəyə mindirib İrəvana yola salmaq deməkdir.
Açığı belə prinsipial, dəqiq və sərt mövqe sərgiləyən rəsmi Bakı illərin heyfini çıxır desək yanılmarıq. 30 il ərzində bütün "humanist" dünya birliyinin dili lal, qulağı kar, gözü kor olmuşdu.
İndi isə erməni terrorçularının qeydinə qalır. İllərlə Azərbaycan iki vətəndaşını erməni əsirliyindən geri ala bilmirdi. Dünya birliyi də başını yellədib "Ay əqri viz yu" deməklə bizi yola verirdi.
Ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması ancaq Vətən müharibəsindən sonra baş tutdu. Min bir işgəncəyə məruz qalan minlərlə əsirlərimiz barədə isə hələ də xəbər, hesabat ala bilmirik. Və yenə də dünya " Ay əqri viz yu" deyir. İndi də bizim növbəmizdi " Ay əqri viz yu" deməyə.
Dünənki boş təyyarə məsələsindən sonra hava limanına yığışan ermənilər zurna-davullarını da götürüb gediblər Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısına. Artıq ikinci gündür ki, bütün giriş və çıxışları bloklayıblar. Çox ümid edirəm ki, ermənilər Ermənistan Müdafiə Nazirliyini elə bloka salarlar ki, min İT mütəxəssis gəlib bloku aça bilməyəcək.
Bildirilir ki, aksiyaya Qarabağ müharibəsi zamanı itkin düşmüş erməni əsgərlərinin yaxınları da qoşulub. Etirazçılar müdafiə nazirliyinin rəhbərliyindən yaxınlarının taleyinə aydınlıq gətirilməsini tələb edirlər. Hələ ki, heç bir rəsmi məlumat ala bilməyiblər.
Bütün bu baş verənlər fonunda isə ermənilər deyəsən ayılıb. Ermənistan başa düşüb ki, birbaşa Azərbaycana təsir etmək üçün heç bir imkanı yoxdur və olmayacaq. Mütləq şəkildə üçüncü tərəfin ayağına düşüb yalvarmalıdır. Bu üçüncü tərəf isə hamımıza bəllidir.
Bir ölkə ki, canı-qanı bahasına, BMT-nin 4 qətnaməsini özü yerinə yetirdi, deməli yerdə qalan xırda məsələləri həll edəcək. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi