Yeni Azərbaycan Partiyası ilə yeni hədəflərə doğru
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat mərhələsində Yeni Azərbaycan Partiyası tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt Tarix Muzeyində Sumqayıt şəhərinin 41A və 42-ci məhəllə ərazisində yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyamızın hər zaman olduğu kimi bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva əvvəlcə fəaliyyəti barədə seçicilərə məlumat verib. O, Yeni Azərbaycan Partiyasının milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Sovet Şükürov, Ramiz İsmayılov, Vətən Müharibəsi qazisi Hikmət Məmmədov və digərləri çıxış edərək ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacağına əminliklərini bildiriblər. Çıxış edənlər 1 sentyabrda Sumqayıt seçicilərini məntəqələrə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Sonda çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədi və onun səsləndirdiyi fikirlər ətrafında fikirlərini bildirib, təkliflərini səsləndiriblər və 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.




/ azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat