Yeni il ərəfəsində bu sahələrdə BAHALAŞMA olacaq
Yeni ilin gəlişinə demək olar yarım ay qalıb. Bayramla əlaqədar artıq müəyyən sahələrdə canlanma gözə çarpır. Bəs yeni ildə hansı sahələrdə qiymət artımı gözlənilir?
KONKRET.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli ilə həmsöhbət olub.
Onun sözlərinə görə, yeni il öncəsi bahalaşma əsasən turizm, otelçilik, iaşə obyektlərin və restoranlarda olur:
"Bu istiqamətlərdə epizodik olaraq qiymət artımları baş verir. Bir həftəlik bayram tətilində hamı məhdud təkliflərdən faydalanmaq istəyirlər. Ona görə də tələbatın kəskin artımı baş verir. Hotellər, əyləncə və şou-biznes sektorları da qazanc əldə etmək üçün bunu gözləyirlər. Burada qiymətlərin bir qədər artımı olur".
Ekspert qeyd edib ki, digər bazarlarda isə xüsusi qiymət artımı olmur:
"Ərzaq bazarında, mağazalarda, digər xidmətlərdə xüsusi bahalaşma gözlənilmir. Bu sahələrdə ənənəvi proseslər olacaq. Hazırda infilyasiya 4.4%-dir ki, bu da keçən illə müqayisədə daha yaxşı göstəricidir. Builki artımın səbəblərindən biri iyun ayında yanacaq qiymətlərinin artması oldu. Yanacağın qiymətinin artımının ötürücü effekti var. Bu, təkcə daşıma xərcinə təsir etmir. Eyni zamanda istehsal xərci də artır. Tərəvəz qiymətlərində keçən illə müqayisədə 9% bahalaşma olub. Çünki meyvə-tərəvəz qiymətlərinə daşıma xərci çox təsir edir".
X.Kərimli bildirib ki, gözlənilən sektorlardakı qiymət artımı bayramdan sonra yenidən əvvəlki vəziyyətinə qayıdacaq:
"Bayram tətili zamanı hotel qiymətləri 300, 500 manata qalxa bilər. Amma sahibkarlar sonradan qiymətləri yenidən endirməyə məcbur olacaq".
Turlar.az [newsid: 0-123300]

SON DƏQİQƏ! Hikmət Hacıyev Ermənistana səfər etdi
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Ağdamdakı yanğın söndürüldü