Paşinyanın hakimiyyəti təhlükədə: Ermənistanı növbədənkənar seçkilər gözləyir?

Paşinyanın hakimiyyəti təhlükədə: Ermənistanı növbədənkənar seçkilər gözləyir?Ermənistanda Konstitusiyaya dəyişiklik təşəbbüsü ətrafında siyasi qarşıdurma getdikcə dərinləşir. Baş nazir Nikol Paşinyanın referendum keçirmək üçün müxalifətdən dəstək ala bilməməsi ölkədə yeni siyasi gərginlik yaradıb. Müxalifət təklif olunan dəyişiklikləri qəbul etmədiyi halda, hakimiyyətin növbəti addımlarının nə olacağı, növbədənkənar parlament seçkilərinin gündəmə gəlib-gəlməyəcəyi sual doğurur.
Belə bir ssenaridə Paşinyanın yenidən hakimiyyətdə qalmaq şansları nə dərəcədə yüksəkdir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hazırda Ermənistanda faktiki olaraq hakimiyyət uğrunda mübarizə gedir. Onun sözlərinə görə, Paşinyanın Konstitusiyaya dəyişiklik planının reallaşması üçün parlamentdə mütləq səs çoxluğu deyil, konstitusion çoxluq əldə etməsi tələb olunur.

Ekspert xatırladıb ki, Paşinyan parlamentdə 64 mandatla hökumət qurmaq imkanına malik olsa da, Konstitusiyaya dəyişiklik üçün 70 deputatın dəstəyi lazımdır. Bu səbəbdən baş nazir noyabrın 20-də müxalifətə müraciət edərək referendumun keçirilməsi üçün əlavə altı səs istəyib. Paşinyan təklif edib ki, referendumda xalq dəyişikliklərə qarşı çıxarsa, o, bir həftə ərzində istefa verəcək, əks halda isə növbəti seçkilərdə baş nazirliyə namizədliyini irəli sürməyəcək.
Ə.Əlibəylinin sözlərinə görə, həm Ermənistan, həm də "Güclü Ermənistan" fraksiyaları bu təklifə qarşı çıxaraq, nəzərdə tutulan Konstitusiya dəyişikliklərini Azərbaycanın tələbləri ilə əlaqələndiriblər. Paşinyan isə bu yanaşmanı qəbul etməyib və növbədənkənar seçkilərin keçirilməsi qarşısında hüquqi maneə olmadığını bəyan edib.
Siyasi şərhçi hesab edir ki, müxalifətin imtinası nəticəsində Konstitusiya referendumu üçün zəruri olan 70 səsin toplanması çətinləşir. Bu isə Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində əsas şərtlərdən biri hesab etdiyi konstitusion dəyişikliklər prosesini bloklaya bilər.
Ekspert diqqətə çatdırıb ki, siyasi qarşıdurmanın parlament çərçivəsindən kənara çıxaraq küçə etirazlarına keçməsi ehtimalı da artır. "Güclü Ermənistan" fraksiyasının nümayəndələrinin etiraz aksiyalarının keçiriləcəyi ilə bağlı açıqlamaları ölkədə siyasi mübarizənin yeni mərhələyə qədəm qoya biləcəyini göstərir.
Ə.Əlibəyli vurğulayıb ki, yaranmış vəziyyət Azərbaycan-Ermənistan sülh prosesinə də təsirsiz ötüşməyə bilər. Konstitusiya dəyişikliyinin gündəmdən çıxması sülh danışıqlarını ləngidə və ya müəyyən müddətə dondura bilər. Bununla belə, yaranmış siyasi vəziyyət Paşinyan üçün növbədənkənar seçkilərə getmək baxımından alternativ imkan da yaradır.
Növbədənkənar parlament seçkilərinin hüquqi baxımdan real olduğunu deyən şərhçi bildirib ki, Paşinyan əvvəlcə ictimai müzakirələrin aparılmasını, daha sonra məsələnin parlamentdə müzakirəsini və seçki qərarının qəbulunu nəzərdə tutur. Müxalifət isə belə seçkilərin keçirilməsi üçün baş nazirin əvvəlcə istefa verməli olduğunu düşünür.
Ekspertin qənaətinə görə, Paşinyanın əsas siyasi hesabı müxalifəti iki seçim qarşısında qoymaqdır: ya referendumun keçirilməsinə imkan vermək, ya da növbədənkənar seçkilərə getmək. Onun fikrincə, baş nazir parlamentdəki 64 mandatına əlavə olaraq altı deputatın dəstəyini qazanmağa da cəhd edə bilər.
Ə.Əlibəyli hesab edir ki, Paşinyan qarşıdakı aylarda ya növbəti seçkilərdə yenidən qələbə qazanmalı, ya da konstitusion çoxluq əldə etmək üçün siyasi imkanlarını genişləndirməlidir. Əks halda müxalifətin güclənməsi və küçə etirazlarının genişlənməsi hakimiyyət üçün ciddi siyasi sınağa çevrilir.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 29 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan - Ermənistan "Sülh körpüsü" dialoqunun beşinci görüşü başa çatdı

Noyabrın 26–27-də Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən "Sülh körpüsü" təşəbbüsünün beşinci ikitərəfli dəyirmi masası başa çatıb

Azərbaycan və Özbəkistan parlamentləri arasında 'Yol xəritəsi' imzalanıb - Yenilənib

Azərbaycan Respublikası Milli Məclisi və Özbəkistan Respublikası Ali Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib. xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza

Litva Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq istəyir. KONKRET.azxəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovl

Paşinyanın hakimiyyəti təhlükədə: Ermənistanı növbədənkənar seçkilər gözləyir?

Ermənistanda Konstitusiyaya dəyişiklik təşəbbüsü ətrafında siyasi qarşıdurma getdikcə dərinləşir. Baş nazir Nikol Paşinyanın referendum keçirmək üçün müxalifətdən dəstək ala bilməməsi ölkədə yeni siyasi gərginlik yaradıb

Azərbaycan XİN Misirə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Misirə başsağlığı verib. xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. "Misirin Giza vilayətində yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəz

Moskva "bükə bilmədiyi əli öpür" - Cənubi Qafqazda Türkiyə reallığı etiraf edildi

Rusiya Cənubi Qafqazda yeni hərbi münaqişələrin qarşısının alınmasında maraqlıdır. xəbər verir ki, bunu rusiyalı qafqazşünas alim Aleksandr Krılov İrəvanda keçirilən konfransda videobağlantı vasitəsilə çıxışı zamanı bildirib

Putin Rusiyaya artıq heç nə təklif edə bilmir: yalnız müharibə, yoxsulluq və ümidsiz gələcək

Putin Rusiyasında təkcə pul, texnologiya və müttəfiqlər tükənmir. Bu ölkədə gələcəyə dair təsəvvürün özü də yoxa çıxır. Hakimiyyətdə olduğu təxminən dörddəbir əsr ərzində Vladimir Putin Rusiyaya səfərbərlik, repressiya, təbliğa

Medvedevin NATO ilə müharibə açıqlaması: Politoloqdan TƏHLİL

Rusiya ilə NATO arasında birbaşa müharibə ehtimalı yenidən gündəmə gəlib. Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bu istiqamətdə səsləndirdiyi fikirlər beynəlxalq təhlükəsizli

Prezidentdən xarici ölkələrə ixracla bağlı - Fərman

Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti xarici ölkələrə malları


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntülər sou xeberler bugun cəbhədən canlı son xeber az