Yeni Koledoniyadan olan nümayəndə heyəti Milli Məclisə gəldi

Yeni Koledoniyadan olan nümayəndə heyəti Milli Məclisə gəldiOktyabrın 21-də Milli Məclisdə Yeni Koledoniyadan olan nümayəndə heyətinin bir qrup deputatla görüşü keçirilib.
KONKRET.azxəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev görüşdə neokolonizalizmin dünyaya gətirdiyi fəlakətlərdən danışıb.
O, Azərbaycanın Sakit okean dövlətlərinin, müstəmləkəçiliyə məruz qalan ölkələrin yanında olduğunu qeyd edib.
Bakı Təşəbbüs Qrupunun rəhbəri Ayxan Abbasov çıxışı zamanı sözügedən qurumun cari ilin avqustunda yaradıldığını xatırladıb. Onun sözlərinə görə, bu qısa müddət ərzində böyük işlər görülüb, 2 beynəlxalq tədbir keçirilib.
A.Abbasovun sözlərinə görə, keçirilən tədbirlərin əsas məqsədi məhz neokolonializmə qarşı mübarizədir.
Milli Məclisin deputatı Cavanşir Feyziyev isə vurğulayıb ki, BMT-nin qərarı ilə müstəmləkəçiliyin bütün dünyada ləğv olunmasına baxmayaraq, Fransa hələ də bu siyasətini davam etdirir.
Martinik nümayəndəsi Fransisk Karol da Fransanın neokolonializm siyasətindən danışıb. Onun sözlərinə görə, Fransa bir çox yerdə olduğu kimi, Martinikdə də müstəmləkəçilik siyasəti həyata keçirib, yerli xalqın iradəsini əlindən alıb.
Tədbirin yekununda qonaqlar yaradılan şəraitə və təşəbbüskarlığa görə Azərbaycana təşəkkür ediblər. Onlar digər dövlətlərin də Azərbaycanın bu təşəbbüsünə qoşulacağına ümid etdiklərini deyiblər.
Xatırladaq ki, dünən Bakıda "Neokolonizalizm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfrans keçirilib. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutan konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçiləri iştirak ediblər.
Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, Bakı Təşəbbüs Qrupu sentyabrın 22-də BMT-də "Dekolonizasiya: Sakit inqilab" mövzusunda konfrans da keçirib.

Siyasi       Tarix: 21 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar enson xeberler xeberler azerbaycan sou xeberler