"Yeni tarix" kitabının təqdimat mərasimi keçirildi - FOTO

"Yeni tarix" adlı kitabın təqdimatı baş tutub.
azxeber.com xəbər verir ki, kitabın müəllifi eyni zamanda Ağdam rayonu, Mahrızlı kənd tam orta məktəbinin tarix müəllimi, tarixçi-araşdırmaçı İntiqam Əsədovdur.
Müəllifin sayca altıncı olan "Yeni tarix" kitabında ölkəmizdə 18-19-cu əsrlərdə baş verən hadisələr yer alır. Qacar taxt-tacının vəliəhdi, eyni zamanda Azərbaycan valisi olan Abbas Mirzənin oğlu Cahangir Mirzə tərəfindən fars dilində yazılmış və İntiqam Əsədov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş "Yeni tarix" kitabı əlavə tarixi mənbələr hesabına daha da zənginləşdirilib.
İntiqam Əsədov qeyd edib ki, kitabın ərsəyə gəlməsi dörd il zaman alıb:
"Yeni tarix" kitabı Azərbaycanın valisi Abbas Mirzənin oğlu Cahangir Mirzə tərəfindən qələmə alınıb.
Kitabın özəlliyi və unikallığı sırf tarixi xarakter daşımasıdır. Cahangir Mirzə dövrünün bütün tarixi hadisələrinə şahidlik etmiş, döyüşlərdə atası ilə birlikdə şəxsən iştirak etmişdir. Onun qatıldığı bütün proseslər bu kitabda olduğu kimi öz əksini tapıb. Kitabı digər tarix kitablarından fərqləndirən, daha ağırlıq verən məqam isə saray dilində yazılmasıdır. Dörd il ərzində kitabı fars dilindən Azərbaycan dilinə tərcümə etdim. Eyni zamanda bəhs olunan hadisələri bir neçə tarixi mənbədən dəqiqləşdirərək bu kitabın özəlliyinə xüsusi rəng qatdım və daha da zənginləşdirdim.
Kitabın digər unikallığı ondan ibarətdir ki, müəllif (Cahangir Mirzə) Azərbaycan tarixi kitablarında olmayan proseslərdən, döyüşlərdən də söz açır və bilavasitə iştirakçısı olduğu gizli, pərdəarxası tarixi hadisələri də açıqlığa qovuşdurur.
Həmçinin Cahangir Mirzə atası Abbas Mirzənin Şuşanı fəth etməsindən də söz açır və döyüşün gedişatını təsvir edir. Həmin prosesi 44 günlük Vətən müharibəsi ilə müqayisə etdikdə çox böyük oxşarlıqların fərqinə varırıq. Eynilə Abbas Mirzənin ordusu da Şuşaya məhz sıldırım qayalardan keçərək daxil olmuşdu. Bütün bu proseslər və gizli məqamlar Cahangir Mirzənin dilindən bəhs edilir və açıqlanır.
İşıq üzü görən kitab həm abituriyentlər, həm tələbələr, həm də elmi iş üzərində çalışanlar üçün çox unikal mənbədir. Ümid edirəm, kitabı əldə edib oxuyanlar da bunun fərqinə varacaqlar".
Qeyd edək ki, təqdimat mərasimi "Davam" Gənclər Hərəkatının mərkəzi ofisində baş tutub.

Sosial       Tarix: 24 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər xabarlar valyuta məzənnələri son xeberler az