Yenilənmiş 50 manatlıqlar dünyanın ən yaxşı yeni banknotu SEÇİLDİ

Yenilənmiş 50 manatlıqlar dünyanın ən yaxşı yeni banknotu SEÇİLDİCari ilin fevralın 22-də "Beynəlxalq Pul Nişanları Assosiasiyası" (IACA-ABŞ) tərəfindən dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində beynəlxalq konfrans keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb
Bildirilir ki, konfransda Azərbaycan Mərkəzi Bankı ilə yanaşı, 150-dən çox ölkənin, o cümlədən Avropa Mərkəzi Bankının, İngiltərə, İsveçrə, İsveç, Norveç, Avstraliya, Meksika, İndoneziya, Qazaxıstan, Sinqapur, Filippin, Qətər və s. ölkələrin mərkəzi banklarının tədavülə buraxdığı yeni pul nişanlarının "Dünyanın ən Yaxşı yeni Banknotu" nominasiyası üzrə müsabiqəsi təşkil olunub.
Müsabiqədə Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə "Dünyanın ən Yaxşı yeni Banknotu" tituluna layiq görülərək qalib seçilib.
Xatırladırıq ki, yenilənmiş 50 manatlığın əsas mövzusu öz ərazi bütövlüyünü və suverenliyini tam təsdiq etmiş müstəqil Azərbaycana həsr olunmuş konsepsiya çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənib.
Bununla əlaqədar pul nişanının üzərində əsas dizayn elementləri kimi elm rəmzi olan təhsil ocağı, gələcəyin timsalı – gənclər, yüksəliş əlaməti – pillələr təsvir edilmişdir. Eyni zamanda, milli mədəniyyətimizin və incəsənətimizin ən qədim sənət nümunəsi kimi milli xalça naxışları və ornamentlər yüksək peşəkarlıqla əks olunub.
Yenilənmiş 50 manatlıq pul nişanı ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilmişdir ki, bu da onun təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına imkan verir.
Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.

Sosial       Tarix: 24 fevral 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır. xəbər verir ki, Aşura günü iyunun 25-nə təsadüf edir. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasu

General rütbəsi verilən zabitlər kimdir? - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-mayor rütbəs

AMB rəsmi valyuta məzənnələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 iyun tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,9362 manat

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki

Taksi qiymətləri yaxın perspektivdə ucuzlaşacaq? - AÇIQLAMA

"Azərbaycanda taksi xidmətlərinin qiymətlərinin yaxın gələcəkdə aşağı düşəcəyi gözlənilmir. Hazırkı bazar şəraiti qiymətlərin daha çox artım istiqamətində dəyişəcəyini göstərir". xəbər verir ki, bunu -ə açıqlamasınd

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Azərbaycanda bu valyuta bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0364 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar

Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir. Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər. Mütəxəssisləri


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər 2026 maliyye xeberler bugun valyuta mezenesi kriminal