Yəqin ki, ilin sonunda Köndələnçay su anbarları artıq istifadəyə veriləcək
"Biz bütün doğma torpaqlarımızı yenidən quracağıq. Buradan o dağlara baxanda belə bir gözəl mənzərə açılır, kənd təsərrüfatı üçün çox yaxşı imkanlar var. Yəqin ki, ilin sonunda Köndələnçay su anbarları artıq istifadəyə veriləcək".
azxeber.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.
Dövlət başçısı iki gün əvvəl Sərsəng su anbarının üstündə olduğunu xatırladıb: "Onu da atam o vaxt inşa etdirib. İnşa etdirib ki, yüz min hektar sahə, altı rayon - azərbaycanlıların yaşadıqları rayonlar su ilə təmin edilsin. Amma ermənilər nə etdilər, suyumuzu kəsdilər. Qışda açırdı ki, bütün yeri su bassın, yayda kəsirdi. Bax, erməni xisləti budur. Onu görsünlər, bu gün onların yanında yer alanlar, qoy görsünlər onlar nə ediblər. Biz indi bir kanal çəkmişik, ikinci sağ kanal da çəkiləcək, yəqin ki, maksimum ilyarım ərzində. Biz 100 min hektar torpağa su verəcəyik. İndi suyumuza da sahib olduq. Bizim su mənbələrimizin 25 faizi Qarabağ və Kəlbəcər-Laçın zonasında formalaşır. İndi Köndələnçay qayıtdı, Sərsəng, Suqovuşan qayıtdı, Xaçınçay qayıtdı, Həkəri suyu, indi Zabuxçay su anbarı inşa edilir, bir ilə hazır olacaq".
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ