Yerevanda dövlət çevrilişi hazırlanır

Yerevanda dövlət çevrilişi hazırlanırErmənistan qoşunlarının işğal olunmuş Qarabağ ərazisində məğlubiyyəti, eləcə də Bakının sentyabrın 27-dən başlayaraq endirdiyi zərbələr Nikol Paşinyan rejimini süqutla üz-üzə qoyub. Çoxsaylı insan və ərazi itkiləri barədə həqiqətləri gizlətməsinə baxmayaraq, "Qarabağ miatsumu" ideyasının çökməsi barədə məlumat ictimaiyyətə məlum oldu və məyusluq yaratdı.
Ötən gün baş nazir Paşinyan çağırışa düşməyən şəxsləri könüllü şəkildə orduya yazılmağa çağırıb. O deyib ki, "münaqişə zonasında bəzi sahələrdə ağır vəziyyət yaranıb". Hökumətdən kütləvi narazılığı qızışdıran amillərdən biri də Azərbaycanın işğal olunmuş ərazilərini tərk edərək Yerevana yollanan və bununla şəhərdə gərginliyi artıran Qarabağ ermənilərinin axınıdır. Bu şəraitdə Qarabağ məğlubiyyətinin günahkarı olan baş nazir Paşinyanın ünvanına tənqidlər artmaqdadır.
Bu məsələdə Paşinyanı onun əsas rəqibi, "Qarabağ klanı"nın lideri, Ermənistanın sabiq prezidenti Robert Koçaryan açıq-aşkar tənqid edir. O, Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatına başlamasından dərhal sonra keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş qərargahın keçmiş rəisi Yuri Xaçaturovla birgə Xankəndiyə gəldi və burada öz tərəfdarları ilə, xüsusilə də separatçıların keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Saakyanla görüşlər keçirdi. Bu şəxslər də Paşinyan rejiminin dəyişməsində maraqlıdır. Belə ki, Paşinyan hakimiyyətə gəldikdən sonra başlayan cinayət işi çərçivəsində Koçaryan, Xaçaturov, Ohanyan və "Qarabağ klanı"nın digər üzvləri 1 mart 2008-ci il hadisələrində ittiham olunub.
Məlumdur ki, Koçaryanın Yerevan həbsxanasından təminat qarşılığında azad edilməsində Rusiya amili rol oynayıb. Bu baxımdan, Koçaryanın Qarabağdan Yerevana qayıtması və Rusiya səfiri il görüşü düşünməyə əsas verir ki, ölkədə hakimiyyət uğrunda mübarizə özünün gərgin mərhələsinə qədəm qoyur. Diplomatik mənbələr məlumat verir ki, Rusiyanın Baş naziri Mixail Mişustinin rəhbərliyi ilə böyük nümayəndə heyəti Ermənistana səfər edəcək. Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib ki, səfərin məqsədi oktyabrın 9-da Ermənistanda keçiriləcək Avrasiya İqtisadi Şurasının iclasına hazırlıqdır. Amma düşünməyə əsas var ki, Koçaryanın hərbi əməliyyatların gərgin vaxtında Qarabağdan Ermənistana getməsi, eləcə də Rusiya nümayəndəsinin səfəri Yerevanda daxili siyasi dəyişikliklərlə, xüsusən də baş nazir Paşinyanın istefası ilə əlaqədardır.
Elxan Ələsgərov
"Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru
Bizə Twitter və Facebook-da qoşulun
Youtube channel: /open.az

Hadisə       Tarix: 08 oktyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü

İsveçrədə azərbaycanlı gənc bədbəxt hadisə nəticəsində ölüb. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bern şəhərində baş verib. 1984-cü il təvəllüdlü Məhəmməd Aslanov hamamda elektrik cərəyanı vurması nəticəsind

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az xəbər.az sonxabar az xeber.az son xeberler